Podcasts by Category
- 31 - Alp dağlarından gələn söhbətSun, 08 Nov 2026
- 30 - Ayaqüstü rastlaşma | Tıxaclara görə hara gedəkThu, 05 Nov 2026
- 29 - Mükəmməlliyyətçi ya qorxaq? Beynimizdə başqa kimlərin səsi var?Sun, 27 Sep 2026
- 28 - Yayın sonu ; özünə sığışdırmamaqSat, 22 Aug 2026
- 27 - Təklik, qarışıqlıq
o qədər qarışıq dövrümdə idim ki, yazdığım podcastı düz 1 ay sonra editlədim sizinlə paylaşdım. Olur da, hansımızda olmur ki?)
Sat, 25 Jul 2026 - 26 - Həyatımızı və günlərimizi necə uzadaqMon, 22 Jun 2026
- 25 - Gəmidən gələn söhbətWed, 27 May 2026
- 24 - Birlikdə səyahət planlayaqSun, 24 May 2026
- 23 - Boş-Boş söhbətlər | İşimin məndən aldıqlarıSat, 16 May 2026
- 22 - Rəngini itirmədən işlə | İşdən sonra həyat varmı?
Gəldik o mövzuya: Niyə hamı kimi kafe açmırıq, Baliyə köçmürük, amma niyə onlar kimi də bozlaşmaq istəmirik? Bir az Parkinson qanunu, bir az qara qarderoblar, bir az da 'bu işıq sönməməlidir' davası...
Sun, 10 May 2026 - 21 - Məni anlamayacaqsan və bu çox yaxşıdır
Bu buraxılış, başa düşülməmək qorxusundan azad olub, öz daxili kainatınızın tək sahibi olmağın verdiyi o möhtəşəm gücü kəşf etmək üçündür.
Sat, 18 Apr 2026 - 20 - Qadınların qərarı, Gülməli asqıran qızlarSun, 12 Apr 2026
- 19 - yenə Tailand?Thu, 02 Apr 2026
- 18 - Surfingin mənə öyrətdiyi həyat dərsləriSat, 14 Mar 2026
- 17 - Həyat alqoritmimizi təmizləyəkSat, 14 Feb 2026
- 16 - Bəs anam nələri düz edib? | Daha yaxşısını niyə eləmədi?Sun, 25 Jan 2026
- 15 - Həyat keyfiyyətinin artırılması | Ev paltarıSun, 18 Jan 2026
- 14 - Böyüyəndə bizə bunları deməmişdilərMon, 12 Jan 2026
- 13 - Səmimiyyət Poxmeli
"Kaş dünən o qədər danışmazdım..." Bu cümləni neçə dəfə demisən? Səhər oyananda gələn o "Səmimiyyət Poxmel"indən (Vulnerability Hangover), hələ başlamadığımız işləri İnstaqramda car çəkməkdən və niyə hər şeyin bir izləyiciyə ehtiyacı olmadığından danışdım. Toxumlar ən yaxşı qaranlıqda böyüyür. Bu bölüm, nəticələr danışana qədər susmağı öyrənmək istəyənlər üçündür.
Sun, 04 Jan 2026 - 12 - 1 ay sonra yenidən | İlin sonuSun, 28 Dec 2025
- 11 - Bulvara və özümüzə etdiyimiz haqsızlıq
Bir nahar gəzintisində ağlıma gəldi bunu danışmaq. Bulvar və bulvara oxşayan insanlardan danışaq biraz.
Wed, 26 Nov 2025 - 10 - Anamı ağladan sual bu gün məni də ağladır.Wed, 19 Nov 2025
- 9 - Özümüzdən niyə boşanardıq? Gaslighting
Bəhs etdiyim film 1944-cü ildə çəkilib və 2 Oskarlı bir filmdir. Mütləq baxın. O ki qaldı nələrdən danışmışam, niyə danışmışam - yenə məsələ özüməm.
Sat, 15 Nov 2025 - 8 - Emosional zibilxanadan salam gətirmişəm.
O saxta gülümsəmələrin bizi əslində necə çökdürdüyündən danışırıq. Və o içimizə atdıqlarımızın bir gün necə partlayacağından... Bəlkə də ağlaya bilməmək, elə ən böyük zəifliyimizdir.
Sat, 08 Nov 2025 - 7 - Zəifliklərimiz və şillə kimi cümlə
Keçən dəfə oxuduğum bir status mənə təsir etdi dedim səsli düşünüm bu barədə. Ona görə də elə sizinlə söhbətləşmək istədim bu barədə.
Wed, 29 Oct 2025 - 6 - Rənglənməliyik
Bu dəfə rənglərdən, necə ətrafımızı və ruhumuzu rəngləndirə bilərikdən danışdım.
Həyatımız boz və qaralarda sıxışıb qalmayacaq qədər qısadır. Əlinizə boyanı alsanız siz ilk haranı rəngləyərdiniz?Wed, 22 Oct 2025 - 5 - Babama ithaf
Bu bir sağollaşma deyil. Bu həyatımın ən vacib insanını sizə tanıtmaqdır. Onunla olan münasibətimiz fiziki dünyadan mənəvi dünyaya keçdi. Və sonsuz oldu.
Səni çox sevirəm canım Babam ❤️Fri, 17 Oct 2025 - 4 - Vaxtım yoxdur!
Bazar ertəsindən cüməyə qədər avtopilot rejimində yaşayırıq. İşə get, evə gəl, yemək ye, yat. Bütün ümidlərimizi isə o müqəddəs iki günə – həftəsonuna bağlayırıq.
Amma şənbə səhəri gözümüzü açan kimi yeni bir stress başlayır: "Mənim cəmi bir həftəsonum var, onu da ən yaxşı şəkildə keçirməliyəm!"
Görüşlər planlaşdırılır, gediləcək məkanlar siyahısı tutulur, sosial mediada hər kəsin "mükəmməl" həftəsonu ilə özümüzü müqayisə edirik. Və bazar axşamı yorğun halda divanda oturub düşünürük: "Mən istirahət etdim, yoxsa sadəcə növbəti tapşırıqları yerinə yetirdim?" Mixael Endenin "Momo" nağılındakı Boz adamlar kimi, biz də öz vaxtımızın oğrusuna çevrilmişik. Hər anı optimallaşdırmağa, hər dəqiqəni "səmərəli" keçirməyə çalışırıq. Amma bəlkə də əsl səmərəlilik, bəzən sadəcə olmaqdır. Heç bir plan qurmadan, heç bir məqsəd güdmədən...
Əgər siz də avtopilotda yaşadığınızı hiss edirsinizsə və həyatın əsl dadını unutduğunuzu düşünürsünüzsə, bu söhbət sizin üçündür.
Gəlin, birlikdə "pause" düyməsini axtaraq.Sun, 12 Oct 2025 - 3 - Bəlkə biz qorxağıq?
Bizi xoşbəxt etməyən bir iş, enerjimizi tükədən bir münasibət və ya artıq bizə xidmət etməyən köhnə bir vərdiş... Bütün bunlardan "qopmaqdan" niyə bu qədər qorxuruq?
Bizi o qədər də rahat olmayan "komfort zonasında" saxlayan nədir?Bu buraxılışda dəyişim qorxusunun köklərinə enir, həqiqətən sağlam münasibətlərin içində olub-olmadığımızı sorğulayırıq. Bəlkə də ən böyük haqsızlığı, daha yaxşısına layiq olduğumuzu bildiyimiz halda, heç bir addım atmayaraq özümüzə edirik. Gəlin, cəsarətli seçimlər və özümüzə qarşı dürüst olmaq haqqında birlikdə düşünək.
P.S. Səs 2 ay öncə yazılmışdır.Thu, 09 Oct 2025 - 2 - Mən sizdən fərqliyəm
İkinci buraxılışda fikirlərimi biraz daha sərbəst ifadə edə bildim məncə.
Hamımızın içərisindəki ''mən sizdən fərqliyəm'' düşüncəsinin altında nələr var? Travmaları olan insanlar sizi də çox yormadı? Bəs asılılıqlarımızla vəziyyət necədir? Nə qədər yalançıyıq sosial mediada?
Yenə ortaya qarışıq bir söhbət sizi gözləyir.Mon, 29 Sep 2025 - 1 - Bir az intro, bir az ortalamamız barədə
İlk buraxılış olduğu üçün nə danışacağımı, niyə danışdığımı tam anlamadım. Məqsəd bəlkə də beynimin içərisindəki səsləri susdurmaq ya da səsli bir gündəlik yazmaq kimiydi.
Amma məncə bu yol maraqlı və mənzərəli olacaq. Həm mənə, həm sizə :)
Fərqindəliklərimiz barədə, ətrafımızdakı insanların ortalamasından və digər beynimdəki səsləri bura tökdüm.Thu, 18 Sep 2025
Podcasts similar to Bəlkə elə deyil?
El Partidazo de COPE COPE
Herrera en COPE COPE
La Linterna COPE
Es la Mañana de Federico esRadio
La noche de Cuesta esRadio
La Trinchera de Llamas esRadio
Hondelatte Raconte Europe 1
Affaires sensibles France Inter
LEGEND Guillaume Pley
CHRONIQUES CRIMINELLES Jacques Pradel - TF1
El colegio invisible OndaCero
La Rosa de los Vientos OndaCero
Les grands dossiers de l'Histoire par Franck Ferrand Radio Classique
Espacio en blanco Radio Nacional
Entrez dans l'Histoire RTL
Le grand récit RTL
Les Grosses Têtes RTL
L'Heure Du Crime RTL
El Larguero SER Podcast
Nadie Sabe Nada SER Podcast
SER Historia SER Podcast
Todo Concostrina SER Podcast
Un Libro Una Hora SER Podcast
HISTORIAS DE LA HISTORIA VIVA RADIO
