Filtrer par genre

Söhbətgah

Söhbətgah

Söhbətgah

Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.

402 - Səhv məşq edirsiz | Səadət Mütəllimova | Söhbətgah
0:00 / 0:00
1x
  • 402 - Səhv məşq edirsiz | Səadət Mütəllimova | Söhbətgah

    "Söhbətgah" podkastının bu buraxılışında bədən quruluşu, idman savadlılığı və düzgün məşq texnikaları haqqında ən çox verilən suallara cavab tapırıq. Qonağımız Səadət Mütəllimova ilə zalda və gündəlik məşqlərdə tez-tez edilən kobud səhvlər, əzələ inkişafının elmi tərəfləri və sağlam həyat tərzinin bünövrəsi olan bədən savadlılığı barədə ətraflı həmsöhbət olduq.
    Əgər siz də "Niyə uzun müddətdir məşq edirəm, amma nəticə ala bilmirəm?", "Məşq zamanı hansı səhvləri edirik?" və "Əzələ kütləsini zədələnmədən necə artırmaq olar?" kimi suallara cavab axtarırsınızsa, bu buraxılış tam sizin üçündür!

    💡 Bu buraxılışda hansı suallara cavab tapacaqsınız?


    Düzgün məşq texnikası: Yanlış hərəkətlərin oynaqlara zərəri və effektivliyi artırmaq yolları.Bədən savadlılığı: Öz bədəninizin siqnallarını oxumaq və fərdi məşq proqramı seçmək.Əzələ kütləsi və bərpa: Əzələnin zalda yox, istirahət və qidalanma zamanı böyüməsi faktı.Əsas Mövzular: İdman savadlılığı, bədən anatomiyası, düzgün məşq qaydaları, əzələ gipertrofiyası, zədələrin profilaktikası.🔔 Kanalımıza abunə olun və bildirişləri açın:

    Podkastımızı bəyənməyi, rəy bölməsində öz məşq təcrübənizi və ya Səadət xanıma suallarınızı bölüşməyi unutmayın!

    📲 Sosial şəbəkələrimiz:
    • Instagram: https://instagram.com/sohbatgah
    • Səadət Mütəllimova Instagram: /seadetmutellimova
    Tue, 22 Sep 2026
  • 401 - Gözün istədiyin rəngdə ola bilər | Cahid Şahbazov

    Qonağımız Dr. Cahid Şahbazovla gözlərdən danışdıq. FLAAK nədir, gözlərə qulluq, həkimlik mədəniyyəti və məşhur həkim olmaqla bağlı müzakirələr apardıq.

    Fri, 18 Sep 2026
  • 400 - O bir nəfər

    İnsan illərlə məktəbə gedib, dərslik oxuyub, tapşırıq yazıb, imtahan verib. Hər mərhələdə onun biliyi yoxlanılıb, qiymətləndirilib, növbəti sinfə keçirilib. Bütün bunlardan sonra oxuduğunu anlamaqda ciddi çətinlik çəkirsə, o qiymətlər nəyi ölçüb? Biz onun nəyi bacardığını təsdiqləmişik?

    Wed, 09 Sep 2026
  • 398 - Psixoloqun etik qaydaları | Qumru Şərifova | Söhbətgah

    Qonağımız Qumru Şərifova ilə çox vacib bir sıra mövzuya toxunduq, psixoetika və etibar edə bilmə meyarları haqqında danışdıq. Qumru xanım öz Instagram səhifəsində dünyaca məşhur elm adamları dəvət edib onlarla söhbətləşir, mütləq izləyin💙💚

    https://www.instagram.com/kumruserifova

    Sun, 06 Sep 2026
  • 397 - İndi “Gələcək mən”iniz olun | Bu kitabı niyə oxumalıyam? | Libraff | Söhbətgah

    Bu dəfə yeni biur kitabın icmalı ilə görüşünüzə gəldik. Dr. Bencamin Hardinin fikrincə, sizin “Gələcək mən”iniz, yəni məqsədlərinizə çatdığınız zaman özünüzü yerində təsəvvür etdiyiniz insan təkcə indiki “mən”inizdən daha əhəmiyyətli deyil; əlaqələri düzgün quracağınız halda ən güclü bələdçiniz də ola bilər.

    Dr. Hardi “İndi “Gələcək mən”iniz olun” kitabında aşağıdakı mövzuları əhatə edir:

    • “Gələcək mən”inizin elmi əsasları;

    • Arzuladığınız “Gələcək mən”inizi necə yaratmalı və onunla necə əlaqə qurmalı;

    • “Gələcək mən”inizin hazırda təsəvvür edə bildiyiniz sərhədlərini necə genişləndirməli;

    • “Gələcək mən”iniz üçün yeddi ən böyük təhdid;

    • “Gələcək mən”iniz haqqında yeddi ən güclü həqiqət;

    • “Gələcək mən”inizi indi təsəvvür etmək, müəyyənləşdirmək və yaşamaq üçün yeddi konkret addım.







    Tue, 01 Sep 2026
Afficher plus d'épisodes