Nach Genre filtern
- 48 - qorxsam da olduWed, 28 Oct 2026 - 25min
- 47 - ilbizlər evə qayıtmağa çalışırSun, 13 Sep 2026 - 46min
- 46 - ritmSun, 16 Aug 2026 - 23min
- 45 - sarı pərdəli pəncərə və vişnəli brownieMon, 06 Jul 2026 - 26min
- 44 - bütün güllər anamın bağçasındandırSat, 02 May 2026 - 27min
- 43 - robotlar mənim insanlarım deyilSat, 14 Feb 2026 - 33min
- 42 - sadəcə bir mesajdırWed, 31 Dec 2025 - 05min
- 41 - torpaqdan böyümək
yaşamaq üçün, yaşada bilmək üçün, yola davam etmək, əvvəlki mənlərlə bağ yarada bilmək, qısacıq zamanımızda var ola bilmək üçün.
Sun, 05 May 2024 - 59min - 40 - bir əlin beş barmağıMon, 15 Apr 2024 - 43min
- 39 - Qara qarğa və korellanın hekayəsi
Əvvəlki evimizdə bizlə birlikdə yaşayan corellanın(Boss) hekayəsindən və qara qarğalardan danışdığım bölüm oldu. Açıqlamada yaza biləcəyim tək şey “Dayanmak kolaysa bırak onlar da yansın” :) xoş dinləmələr arzu edirəm, görüşənədək.
Mon, 19 Feb 2024 - 34min - 38 - Genç Wertherin acılarıMon, 20 Mar 2023 - 35min
- 37 - İnsanların parça-parça məhv etdikləri evimin pəncərə önünə çiçəklər düzməyə çalışırdım. Yemə pozuntuları bölüm.1/Bədənsəl varlıqlar.
Salamm, mən Mirvari Həşimli.Bu bölümün daxilində bəzi tetikləyicilər mövcuddur. Bu bölümdə sizinlə yemə pozuntuları və bədənsəl olaraq mövcud olan düşüncələr haqda ilkin fikirlərimi bölüşürəm. Bu bir seri halında olacaqdır. Mümkün qədər dürüstlüklə sizinlə yaşantımda olan detalları bölüşməyə, həmçinin bundan əziyyət çəkən digər insanlarıda qonaq almağa çalışacam. Bəzən insanların gördükləri şeyləri, biz olaraq qəbul etmələri yetəri qədər acı verir. Bu səbəblə bunu yaşayan sənin də yalnız olmadığını xatırlatmaq istəyirəm. Bizim bunlara məruz qalmağımız, bunları normal başlığı altına toplamır və bunu digərlərinə də ötürməyimizə haqq qazandırmır. Səni sevirəm və sənə ilk baxdığımda gördüyüm şey ruhunun necə var olduğudur. Var olduğun üçün təşəkkür edirəm <3 Xoş dinləmələr.
Fri, 27 Jan 2023 - 36min - 36 - Sərbəst atış.1: Pəncərə önündəki bölüm
Bölümün başlığı yetərli açıqlamanı verir. O pəncərədən daha öncə baxdığımda nə hiss etdiyimi xatırlayıram. Bu başlıq altında yayımlanacaq hər bölüm yenidən eyni hiss etməmək üçün olacaqdır. Çünki bu səfər o pəncərəni dünyaya səsimi eşitdirə bilmək üçün açıram. Eşitdiyinizi bilirəm..
Sun, 06 Nov 2022 - 26min - 35 - Səyahətdən məktub: Okalandiyadan sonra keçən zaman
Salammm, burada səni gördüyüm üçün çox sevinirəm. Bölüşməli olduğumuz və bölüşmək üçün həyacanla gözlədiyim bir çox mövzu var. Bu bölümdə səyahətdən yazdığım ilk məktubu oxuyuram.Tək olaraq çıxdığım səyahətdən sonra xatırladığım, qeyd etdiyim və hiss etdiyim şeyləri sənə səsli mesaj olaraq buraxıram :)Dinlədiyin üçün təşəkkür edirəm, sonraki bölümlərdə görüşənədək, hələlikk.İnstagram hesabım: @mirvarihashimli
Mon, 12 Sep 2022 - 06min - 34 - Həyatıma bir gün qazandırmaq
Kaş'a gedən yolda yenidən podcast bölümü qeydə almaq istəyimlə başlayıb, həyatımla və həyatımda nələr etmək istədiyimin fərqinə vardığım və hiss etdiyim , hər yaşadığımız gün barəsində, niyə "Ömrümüzdən bir gün getdi" deyirik amma "Ömrümə bir gün daha qazandırdım" demirik deyə sorğulayıb, bütün bunları bir araya topladığım bir bölümdür.
Fri, 03 Oct 2025 - 26min - 33 - qonaqlıqdan söhbətlər: kim sağalır?
ötən günlərdə Aygüngilə qonaq getmişdim, söhbətlərimiz öz axışında davam edərkən qərara gəlmişdik ki, mikrofonu açaq və bir bölüm qeydə alaq. beləliklə podcast-ın ilk qonaqlı bölümü Aygünlə oldu🩷 yaxşı ki belə oldu.
Aygünlə sağalmaqla bağlı fikirlərimizi, hislərimizi bölüşdüyümüz bir bölüm qeydə aldıq, qarşılıqlı bir-birimizi qonaq etdiyimiz gün, indi isə sizləri də söhbətimizə qonaq etmək istəyirik 🌟
xoş dinləmələr :)
Mon, 15 Sep 2025 - 1h 02min - 32 - məni kimdən öyrənməliyəm?
bu aralar yeni bir yerə, yeni bir həyata və rutinə öyrəşməyə çalışarkən, özümlə bağlı çox sualım yaranır və hər dəfə cavablarını axtarışa çıxanda bundan bir-iki ay öncə beynimdə canlanmış suala geri qayıdıram, məni kimdən öyrənməliyəm?
bu bölümdə bu sual üzərinə düşündüyüm həftələrdən, hətda aylardan ibarət fikirlərimi toplamışam və sonunda cavabı deyəsən tapa və qəbullana bilmişəm.
neçə müddətdir üzərində durub danışmaq istəmədiyim ya da dünyayla və özümlə necə paylaşacağımı bilmədiyim zaman aralıqlarından süzülüb gəlib bu bölüm.
https://open.spotify.com/track/78k51U7QHqHwMPefHUdfx1?si=e0niWX-mSCGrxMtyjY2fVg
Sun, 22 Jun 2025 - 35min - 31 - dostum üçünSun, 04 May 2025 - 41min
- 30 - uzaqdan şeirləri xatırlamaq
insanın uzaqda olanda düşünmək, xatırlamaq üçün daha çox yeri və zamanı olur sanki. mən də bu zamanımın daxilində məni çox qınayan və uğursuz olacağımdan çox əmin olan birini kofe içməyə dəvət etdim. bəlkə bu səfər ətəyindəki daşları tökər və ikimizi də batırmağa çalışmaq əvəzinə, bunları niyə etdiyini açıqlayar deyə.
Sat, 12 Apr 2025 - 40min - 29 - konfet kağızlarının arasında gizlənmək
Yaşamaq, yaratmaq, hiss etmək, bəslənmək, var olmaq, zövq almaq, yer tutmaq üçün yaradılmış bədənlərimizi limitləməli olduğumuzu dünyanı öyrəndiyim zamanlardan bəri deyirdilər deyə, elə bilirdim haqlıdırlar.
Uzun müddətdir danışmağı istədiyim, amma içdən-içə utanc duyduğum hekayələrdən ibarət bölümdür, zövq almaq, var olmaq, varlığımızın yer tutmasından qorxmamaq haqqında fikirlərimi danışmışam. Bu bölüm illər öncəki Mirvarinin yaşantılarından və zehnindən süzülüb gələnlər ilə birləşib.
“Sizcə bir dəfə var olan şeyin, varlığını danmaq mümkün olandı?”
Sat, 18 Jan 2025 - 30min - 28 - bir az söhbət edək ?
Yeni il başlamışkən biraz söhbət etmək, 2024-dən danışmaq, 2025 üçün nələr düşündüyümü demək və ümumi axışa göz gəzdirmək istədim.
“Demək istədiyim odur ki verdiyin ilk şansda da, bu sənin seçimin olmasa belə, ikinci şansda da, çətin olsa belə, səni aramızda görə bildiyim üçün və bu məktubu dinləyə bildiyin üçün şadam. Yaşama və hər saniyəsində verdiyin bütün şanslara dəyər olduğunu və səni sevdiyimi bildirmək istəyirəm. Bir sonraki bölümlərdə görüşməyi diləyirəm. Yeni başladığımız ildə, bunu nə zaman dinləyərsən bilmirəm amma hər yeni başladığımız gündə sənin tərəfindən dinlənməyi və oxunmağı gözləyən məktubların, baxmağını gözləyən tabloların, əyləşməyini gözləyən masaların, sığallamağını gözləyən pişiklərin, var olmağını diləyən insanların və saniyələrin, anların olduğunu xatırlatmaq istədim. Görüşənədək.”
Sun, 12 Jan 2025 - 29min - 27 - kameralarla qeydə alınmış nostalgiya
uşaqkən atam birlikdə keçirdiyimiz günlərdə, kamerası ilə bölüşdüyümüz anları qeydə alırdı. böyüyərkəndə evdə film lentlərini, kameraları görürdüm. o zamanlar anları qeydə almağın önəmini, anları qeydə almağın insanı necə o anın içində saxlaya biləcəyini, anı və detalları tamlıqla dadmasına kömək edə biləcəyinin fərqində deyildim. taki, illər sonra öz günlərimi qeydə ala bilməyim üçün, anamın mənə polaroid kameramı(ilk işlətdiyim və sahib olduğum) kameranı alana qədər. o zamandan bu günümüzə kimi hələ də o anın daxilində rahatlıqla qala bilmıyimə ən çox kömək edən şey, o anları kamera ilə qeydə almaqdır.
kameralarda qeydə alınmış uşaqlığın mənə verdiyi xoşbəxt nostalgiya hissindən və bütün həyatım boyunca bunu davam etdirmə istəyimdən danışdığım bölümdür.
bu səs qeydlərinin hər biri mənim həyatımın ən önəmli qeydləri arasına daxil olmaqdadırlar. odurki gələcəkdə yaşana biləcək nostalgiyaların, indiki halının dadını çıxaraq. <3
Sun, 08 Dec 2024 - 28min - 26 - Özləri var idi, amma üzləri yox idi
əsrlərdir qadınları bədəni, seçimləri üzərindən qoyulan, müzakirə edilən qaydalarda, qanunlarda, fikirlərdə, zarafatlarda qadınlar xaricindəki hər kəsin fikrinin olması, zərrə-zərrə qazandığımız azadlıqların əlimizdən alınmasının asan olduğuna inanılması, 21-ci əsrdə hələ də dünyanın fərqli yerlərində ən təməl insan haqlarının qadağa olunması “yavaş-yavaş” insanı boğaza yığıb. bu qədər şey boğazıma yığılmışkən və hələ də danışa bilmə haqqımız varkən, səs olmaq istədim.
Bu bölümdə xoş dinləmələr, amma daha çoxu diqqətlə dinləmələr arzu edirəm.
Sat, 09 Nov 2024 - 42min - 25 - 2 yaşın qeydi və yeni dönəmin başlaması
bu bölüm, iki il ərzində podcastın həyatımda yaratdığı və sahib olduğu dəyəri, həyatımda, zehnimdə baş verən dəyişiklikləri qeyd etdiyim güvənli yer olması haqqında danışmışam.
Bu zamana qədər dinləyən və dinləməkdə olan hər kəsə bolluca təşəkkürlərimi və sevgilərimi yollayıram.
Var olmağa, yenilikləri həvəs və sevgi ilə qucaqlamağa davam edək!
Thu, 24 Oct 2024 - 30min - 24 - Kollajlamaq və zehnimizin axışı
Bu bölüm kollajlamaq və zehnimin axışı haqqında danışdığım bir bölümdür. Bölüm kollajın bir sənət növü olduğunu öyrənmə, onu istifadə etmə, zehin axışımda fərqindəlik yaşama, bu fərqindəliklərlə ehtiyaclarımı və daxili ilham qaynaqlarımı tapma proseslərim haqqında söhbətlərdən ibarətdir.
Bu podcast bölümünün videolu formatıda mövcuddur.
Thu, 22 Aug 2024 - 18min - 23 - 21
Sənin bacaracağına inanırdılar, sənin bacaracağına inanırsan. Sənə, sən var olduğun müddətcə heç solmayacaq qırmızı bir çiçək hədiyyə etmişəm. Ona yaxşı baxacağını bilirəm. İndi 21-dəyik. 21 ilə birlikdəyik. Gülüşünü özüm ilə hər zaman daşımışam və daşımağa da söz verirəm. Yeni yaşın, yeni yaşımız mübarək. 21 hər zaman səninlə bizimlə idi, hər zaman da elə olmağa davam edəcək.
Mon, 29 Jul 2024 - 46min - 22 - səyahətə başlayarkən
yeni bir səyahətə başlayarkən, bu səyahətin anlarını qeydə almağı və yayımlamağı istəyirəm. bu bölümü səyahətimə başlamazdan iki gün öncə qeydə almışam, axışda hiss etdiyim, düşündüyüm və danışmaq istədiyim şeyləri sizlə bölüşürəm. xoş dinləmələr :)
Sat, 13 Jul 2024 - 34min - 21 - Görüşlərdən söhbətlər
Özümə verdiyim tətil arasından sonra gəlib söhbətləşmək, görüşlərimdəki söhbətlərdən çıxarılan mənalar haqqında danışmaq istədim, xoş dinləmələr, yaxın zamanda görüşənədək, bolluca sevgilər
Thu, 04 Jul 2024 - 20min - 18 - Əmək vermək və itirmək qorxusu
Bu səs qeydində dispanserdə tanış olduğum rəssamın, yenidən sevdiyim şeylər üçün əmək verməyimə ilham olması və itirmək qorxumun məni həyatdan necə qopardığının fərqinə varmağımın hekayəsini danışıram.
Sun, 07 Apr 2024 - 21min - 17 - Saçıma düşən ilk ağ
bu gün aynadaki əksimdə fərqinə vardım ki, mən saçıma ağ düşəcək qədər yaşaya bilmişəm, bu bölümü qeydə almazdan bir müddət öncə niyə yaşamalı olduğumun fərqinə varmışdım. illər keçir, saçımıza ağ düşür və biz yaşamağı istəyə bilirmişik, bu gün anladım bunu mən, sizlədə bölüşmək istədim, dinlədiyiniz üçün təşəkkür edirəm.
Thu, 14 Mar 2024 - 11min - 16 - Sərbəst atış: Ortaya qarışıq
Salam, bu bölümün daxilində son zamanlarda beynimdə olan suallar, qərara gəldiyim və gəlmədiyim fikirlər, ortaya qarışıq, bir-biri ilə başda və sonda bağlılığı olan mövzular haqqındaki fikirlərimi danışmışam, qarmaşadaki sakitliyə xoş gəldiniz :) xoş dinləmələr.
Fri, 08 Mar 2024 - 41min - 14 - Narahatlıqlarla yaşamağa çalışarkən kəşf etdiyim gözəl şeylər
Uzun müddətdir narahatlıqlarla əl-ələ yaşayıram. Bəzən artıq davam edə bilməyəcəyimi düşündüyüm belə olur. Son zamanlarda narahatlıqlarıma və onları sakitləşdirmək üçün etdiklərimi analiz etdikcə, məni yaxşı və bütün hiss etdirən yeni amma köhnədən var olan şeyləri kəşf edirəm, bunların bəzilərini sizinlədə bölüşmək istədim🤍
Sat, 17 Feb 2024 - 44min - 13 - İşıqSun, 28 Jan 2024 - 23min
- 12 - gələn səhərlərə sevgilərlə
2023 boyunca mənimlə birlikdə olduğunuz üçün təşəkkürlər, bu ilki səyahətimizin sonuna gəldik. yeni başlayan səyahətimdə də məktublar göndərməyə davam edəcəm. sizi sevirəm, var olduğun üçün təşəkkürlər, səyahətimizdə uğur və sevgilər arzu edirəm. yeni ildə görüşənədək, sevgilərlə Mirvari’dən.
Sat, 30 Dec 2023 - 20min - 9 - Terapiyaya başlamağa ehtiyac varmı?Sun, 30 Apr 2023 - 38min
- 8 - Evim
evim. bu bölümdə sənə evim haqda danışmaq istəyirəm. baxçası çiçəklərlə dolu, təmir etməsi çətində olsa, zamanımı, sevgimi və əməyi verərək möhkəmləndirdiyim, mənə aid formaya saldığım, azad olduğum, çox sevdiyim evim. böyüdüyüm, bəzi zamanlarda savaş verdiyim və tərk etməyə çalışdığım, zamanla dəyərini anladığım və daxilində yaşlanmağı ümid etdiyim canım evim <3 səni çoox sevirəm. dinlədiyin üçün təşəkkür edirəm.
Wed, 22 Mar 2023 - 34min - 6 - Sərbəst atış#2 Aidlik
Salamm, bu sərbəst atış bölümündə aidlik hissim və aid olduğum şeyləri tapmaq üçün çıxdığım yolda yeni nələr öyrəndiyim ilə bağlı danışacam<3 Uzun bir yol amma əyləncəli və dolu-doludur. Xoş dinləmələr, sevgilərlə, Mirvari<3
Wed, 15 Mar 2023 - 47min - 5 - Bölüşməli olduğum hekayə. Yemə pozuntuları bölüm. 2
Salamm, mən Mirvari Həşimli. Səni yenidən gördüyüm üçün çox sevindim. Bu bölüm biraz yorğunluq, hüzün, üzləşmə və yaxşıya doğru gedən sağalma yoluma əsaslanaraq qeydə alınmışdır. Dinləyəcəyin hekayə mənə aiddir. Bu bölümün açıqlamasında yazacaq çox uzun cümlələrim yoxdur, duyğularımı və düşüncələrimi bölüm daxilində yetərincə bölüşmüşəm məncə, bilməlisən ki, dinlədiyin üçün sənə təşəkkürlərimi yollayır və bənzər şeyləri yaşıyırsansa/yaşamısansa mən sənin yanındayam. Zamanla yaralarımızın izləri belə itəcək. Səni sevirəm, yenidən görüşənədək.
Sat, 18 Feb 2023 - 19min - 3 - Necə davam edə bilərəm?
İki aylıq verdiyim aradan sonra, yenidən necə davam edə biləcəyimi düşünürdüm, yalnız podcast hazırlamağa deyil, yaşamda var olmağada. Sonunda bir cavab tapdığımda, bunu sənlə də bölüşmə qərarı aldım✨ Xoş dinləmələr, səni sevirəm❤️
Tue, 03 Jan 2023 - 11min
Podcasts ähnlich wie səsli məktublar
El Partidazo de COPE COPE
Herrera en COPE COPE
La Linterna COPE
Es la Mañana de Federico esRadio
La noche de Cuesta esRadio
La Trinchera de Llamas esRadio
Hondelatte Raconte Europe 1
Affaires sensibles France Inter
LEGEND Guillaume Pley
El colegio invisible OndaCero
La Rosa de los Vientos OndaCero
Les grands dossiers de l'Histoire par Franck Ferrand Radio Classique
Espacio en blanco Radio Nacional
Entrez dans l'Histoire RTL
Le grand récit RTL
Les Grosses Têtes RTL
L'Heure Du Crime RTL
Parlons-nous RTL
El Larguero SER Podcast
Nadie Sabe Nada SER Podcast
SER Historia SER Podcast
Todo Concostrina SER Podcast
Un Libro Una Hora SER Podcast
HISTORIAS DE LA HISTORIA VIVA RADIO
