Podcasts by Category

AZ-YA+

AZ-YA+

Röyal Paşayev

Tanıdığınız və tanımadığınız qonaqlarla söhbətlər — hər həftəsonu. Canlı yayım, müxtəlif mövzular, mən + qonaq və bir də izləyici formatında danışırıq.

5 - 004: Müharibə Ermənistanı, Paşinyan hakimiyyəti, Qarabağ erməniləri
0:00 / 0:00
1x
  • 5 - 004: Müharibə Ermənistanı, Paşinyan hakimiyyəti, Qarabağ erməniləri

    YouTube-un ən underrated blogeri Vüsal Məmmədzadə ilə "Müharibə Ermənistanı" mövzusunda söhbət etdik. Orda hazırda vəziyyət necədi? Ermənilər bu müharibəyə hazır idilərmi? Keçmişdə nə olmuşdu? Gələcəkdə nə ola bilər? Vüsal 2017-ci ildən Ermənistan siyasəti, Ermənistanla bağlı həftəlik xəbərlər məcmusu və Qarabağ mövzusuna aid davamlı olaraq xəbər, analiz və araşdırma videoları edir.

    Sat, 21 Aug 2021
  • 4 - 003: Müharibə jurnalistikası, başkəsən əsgərlər, marjinallaşdırılan insanlar

    Heydər Mirzə ilə müharibə jurnalistikası haqqında söhbət etsək də yalnız bir mövzu ətrafında dayanmadıq: @Caliber Az layihəsi nəyə görə məhz rus dilindədi? Gəncə qətliamı zamanı nəyə görə yerli televiziyalar hadisə yerində deyildi? Rusiyanın liberal ictimai adamları nəyə görə qərəzli mövqe tutmuşdu? Jurnalist əlinə silah almalıdırmı? Arestoviç və Podolyaka kimi hərbi ekspertlərin distansion analiz etməsi nə dərəcədə düzgündü? Georgi Vanyan, Filip Ekozyants, Arzu Qeybulla kimi Ermənistan-Azərbaycan münasibətlərində marjinallaşdırılmış fikirlər və insanların köməyi varmı? Hərbi cinayətlərdən sonra əsgərlərə münasibət necə olmalıdı?

    Mon, 28 Jun 2021
  • 3 - 002: Müharibə dövründə incəsənət, xaricdəki azərbaycanlılar, Qarabağa qayıdış

    Artistin müharibəyə münasibəti nə olmalıdı? Xaricdə yaşayan azərbaycanlı sənətçilər niyə bu qədər polit-korrekt olmağa çalışır? Şuşa mədəni məktəbini yenidən bərpa etmək mümkün olacaqmı? Yeni — qalib Azərbaycanın gələcəyi necə olmalıdı? Nəyə görə bizim yerli müğənnilər Türkiyə pop tendensiyalarını təsiri altına düşür?

    Mon, 28 Jun 2021
  • 2 - 001: Sosial dilemma, müharibə dövründə sosial media, Tvitterdəki toksiklik

    Vüqar Salamlı ilə bir çox məsələlərə toxunduq. Müxalifət dəyişməlidirmi? Tvitter niyə belə toksikdi? Amerikadakı demokratik sistem köhnəlibmi? Harvardda təhsilin üstünlükləri nələrdi?

    Wed, 16 Jun 2021
  • 1 - OST

    RG — AZ YA YOX (Produced by Nadeer)

    Sun, 13 Jun 2021