Nach Genre filtern

Data Talks Mikayıl ilə

Data Talks Mikayıl ilə

Mikayıl Əhədli

Mikayıl hər 2 həftədən bir qonaqları ilə Data və Süni İntellektdən danışır, müəyyən mövzü üzərində öz təcrübələrini bölüşürlər

10 - Computer Vision - 3D səth öyrənilməsi | Nail İbrahimli | DTM #8
0:00 / 0:00
1x
  • 10 - Computer Vision - 3D səth öyrənilməsi | Nail İbrahimli | DTM #8

    Budəfəki qonağım Niderlandın Delft texniki üniversitetində "Computer Vision" sahəsinin bir qolu olan 3 müstəvili səth öyrənilməsi sahəsində doktorantura təhsili alan Nail İbrahimlidir. Onu qeyd edim ki, bu podkast texniki terminlərlə bol olacaq, Nail ilə bu elmin tədbiq sahələri, prosesin detallarından, eyni zamanda Süni İntellektin, daha dəqiq desək, geniş dil modellərinin bu sahəyə təsirindən və gələcəyindən danışacayıq.

    0:00 Giriş
    1:01 Təhsil seçimləri
    07:21 Komputerə 3D səth öyrədilməsi nəyə lazımdır
    17:36 İkili müstəvidən üçlü müstəviyə keçid prosesi
    30:58 Doktorantura nəşrləri
    38:53 Geniş dil modellərinin bu sahəyə təsiri
    53:03 Delft üniversitetində dərs dediyi fənnlər

    Nailin LinkedIn profili: https://www.linkedin.com/in/nail-ibrahimli-2387b797/

    Podkastı digər platformalarda tap: https://linktr.ee/DataTalksMikayil

    Sun, 21 Apr 2024
  • 9 - Model Developer kimdir | Qurban Abbasov | DTM #7

    Budəfəki qonağım Niderlandın aparıcı banklarının birində Model Developer üzrə çalışan Qurban Abbasovdur. Qurban ilə bankda Model Validator və Model Developer vəzifələri haqda, o cümlədən Data sahəsində şəxsi inkişafdan danışdıq.

    0:00 Giriş
    0:37 Niderland və Avstraliya arasında təhsil sistemi fərqi
    05:28 Niderland bankında Model Validator təcrübəsi
    19:08 Model Developer kimdir
    29:47 Şəxsi inkişaf 

    Qurbanın LinkedIn profili: https://www.linkedin.com/in/gurban-abbasov-3002681b/

    Podkastı digər platformalarda tap: https://linktr.ee/DataTalksMikayil

    Sun, 07 Apr 2024
  • 8 - Avtonom sürücülük və Robototexnika | Fərid Hüseynov | DTM #6

    Budəfəki qonağım Almaniyada avtonom sürücülük sahəsində komputer mühəndisi vəzifəsində çalışan Fərid Hüseynovdur. Fərid robototexnika sahəsində ixtisaslaşıb, avtomobillərin avtonom sürücülük komponentlərini test etmək üçün virtual simulasiya mühitlərinin qurulmasında, radar data analizi və Süni İntellektin tədbiqində iştirak edib, eyni zamanda dronlarda obyekt müəyyən etmə proyektlərində təcrübə qazanıb.

    0:00 Giriş 
    0:56 Avtonom sürücülük səyahəti 
    2:24 Virtual simulasiya mühiti nə üçün lazımdır  
    4:48 Simulasiyaların Süni İntellekt məhsularına köməyi 
    6:17 Hansı Süni İntellekt məhsulları var 
    14:36 Avtonom sürücülük hal-hazırda hansı mərhələdədir
    18:13 Radar data analizi işləri
    20:26 Üniversitetdə Dron komandası ilə proyekti
    26:42 Dron və avtomobil sahələrində obyekt təyin etmə fərqləri
    29:16 Avtonom sürücülük sahəsinin gələcəyi 

    Fəridin LinkedIn profili: https://www.linkedin.com/in/faridhuseynov/

    Podkastı digər platformalarda tap: https://linktr.ee/DataTalksMikayil

    Sun, 24 Mar 2024
  • 7 - Data ilə idmanı necə analiz edək | Emil Əhmədov | DTM #5

    Budəfəki qonağım Portuqaliyada konsultasiya şirkətində Data Analist vəzifəsində çalışan Emil Əhmədovdur. Emil bu podkastda Data Analist üçün hansı xüsusiyyətlərin vacibliyindən, analizi biznesə necə ən effektiv formada çatdırmaqdan, eyni zamanda datanın idmana və hətta futbol üzrə milli premyer liqamıza tədbiqi və analizlərindən danışacaq.

    0:00 Giriş 
    0:47 Portuqaliya seçimi
    2:13 Bakalavrı fərqli sahədə oxumaq dezavantajdı?
    7:57 Text mining proyekti
    12:35 Satış təxminləri proyekti
    16:50 Data Analistə hansı xüsusiyyətlər vacibdir?
    20:38 Biznes yeniliyə necə yanaşır?
    23:40 Analizin nəticəsini biznesə ən düzgün necə çatdıraq?
    25:21 Süni İntellekt Data Analistin işini azaldacaq?
    26:27 İdman analizləri 
    45:18 Produktiv günün hansıdır?

    Emilin LinkedIn profili: https://www.linkedin.com/in/emil-ahmadov-1707a0178/

    Podkastı digər platformalarda tap: https://linktr.ee/DataTalksMikayil

    Sun, 03 Mar 2024
  • 6 - Datanın həyat sığortası aktuarisində rolu | İnqilab Babayev | DTM #4

    Budəfəki qonağım Belçikanın sığorta şirkətində həyat sığortası aktuarisi vəzifəsində çalışan İnqilab Babayevdir. İnqilabın Aktuari sahəsində həm təhsil üzrə, həm də iş karyerasında böyük təcrübəsi var. Bəs Aktuari nədir, nə işlə məşğuldur, data elmi nə dərəcədə istifadə olunur - bütün bu suallara cavab tapmağa çalışacayıq. Xoş dinləmələr

    0:00 Giriş 
    0:49 İnqilab özü haqda 
    4:19 Aktuari nədir, katastrofik istiqrazlar proyekti
    6:43 Sığorta sahəsində paralel doktorantura təhsili
    10:02 Sığorta şirkətində proyektlər
    17:55 Aktuari nəyin proqnozunu hesablayır
    20:14 Hansı modellər istifadə olunur
    25:39 Hansı data üzərində öyrənilir
    30:40 Modellərin izah edilməsi
    37:58 Modellərdə qərəzliliyin azaldılması
    42:56 Təhsildən sonra şirkət və sənaye seçimi məsləhəti

    İnqilabın LinkedIn profili: https://www.linkedin.com/in/ingilab-babayev/

    Podkastı digər platformalarda tap: https://linktr.ee/DataTalksMikayil

    Sun, 18 Feb 2024
Weitere Folgen anzeigen