Filtra per genere

Əkinçi

Əkinçi

akinchi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

1023 - Süni intellekt dövründə memarlıq | Nigar İbrahimzadə
0:00 / 0:00
1x
  • 1023 - Süni intellekt dövründə memarlıq | Nigar İbrahimzadə

    Yeni videomuz süni intellektin memarlıqda yaradıcılıq prosesinə təsirinə həsr olunub. Memar Nigar İbrahimzadə süni intellektin memara qısa zamanda çoxsaylı alternativlər təqdim etməklə yaradıcılıq prosesini sürətləndirdiyini, lakin bunun insanın ideya yaradan şəxsdən daha çox seçim edən tərəfə çevrilməsi riskini də artırdığını deyir. Qonağımız həmçinin süni intellektin memarın düşüncə tərzinə, yaxşı dizayn haqqında təsəvvürlərinə təsirindən və bu prosesdə insanın yaradıcı və qərarverici rolunu qorumasının vacibliyindən danışır.

    Mon, 09 Nov 2026
  • 1022 - Niyə sərmayə həmişə iqtisadi inkişaf gətirmir? | Fikrət Valehli

    Yeni videomuz ölkələr arasında iqtisadi inkişaf və məhsuldarlıq fərqlərinin səbəblərinə həsr olunub. İrvayn Kaliforniya Universitetinin iqtisadiyyat üzrə doktorantı Fikrət Valehli iqtisadi artımın yalnız kapital və sərmayənin həcmi ilə deyil, həm də mövcud resursların necə bölüşdürülməsi ilə bağlı olduğunu deyir. Qonağımız həmçinin vergi və subsidiya siyasətinin, torpaq bazarındakı problemlərin və digər iqtisadi maneələrin kapitalın səmərəli bölüşdürülməsinə necə təsir etdiyindən danışır.

    Thu, 05 Nov 2026
  • 1021 - Perfeksionizm haqqında bilməli olduqlarımız | Humay Eminzadə

    Klinik psixoloq Humay Eminzadənin sözlərinə görə, mükəmməlliyə can atmaq bəzən insanın inkişafına təkan vermək əvəzinə, onun qarşısında maneəyə çevrilir. Perfeksionizmin arxasında səhv etmək, tənqid olunmaq və rədd edilmək qorxusunun dayandığını deyən spiker əlavə edir ki, bu cür insanlar uğur qazansalar belə, çox vaxt əldə etdikləri nəticələrdən zövq ala bilmirlər. Qonağımız həmçinin perfeksionizmin formalaşmasında ailə və məktəb mühitinin rolunu, uşağa qarşı yüksək gözləntilərin onun sonrakı həyatına təsirini izah edir.

    Mon, 02 Nov 2026
  • 1020 - Azərbaycanda təsviri sənət bazarı | Elçin Hüseyn

    Sənətşünas Elçin Hüseyn ölkədə təsviri sənət bazarından, rəssamların öz yaradıcılıqlarına və fəaliyyətlərinə yanaşmasından, cəmiyyətin incəsənətə münasibətindən danışır. Onun fikrincə, rəsm əsərinin dəyərini təkcə texniki keyfiyyəti deyil, həm də rəssamın həyat hekayəsi, yaradıcılıq yolu və gələcək potensialı müəyyən edir. O, rəssamların özlərini və yaradıcılıqlarını peşəkar şəkildə təqdim etməsinin vacibliyini vurğulayır. Elçin Hüseyn həmçinin muzeylərə və qalereyalara marağın artırılmasının əhəmiyyətindən bəhs edir.

    Thu, 29 Oct 2026
  • 1019 - Breyk-dans: rəqs, idman və həyat tərzi | Fariz Musayev

    Xoreoqraf Fariz Musayev bildirir ki, breyk-dans rəqs və idman növü olmaqla yanaşı, həm də özünü sərbəst ifadə etmək və yaradıcılığını ortaya qoymaq üçün gözəl fürsətdir. Qonağımızın sözlərinə görə, breyk-dans uşaqların təkcə fiziki inkişafına deyil, həm də özünəinamının artmasına, yeni dostlar qazanmasına və ünsiyyət bacarıqlarının inkişafına kömək edir. Rəqslə məşğul olmaq üçün heç vaxt gec olmadığını vurğulayan Fariz Musayev insanları başqalarının nə düşünəcəyindən çəkinmədən sevdikləri işlə məşğul olmağa çağırır.

    Mon, 26 Oct 2026
Mostra altri episodi