Filtra per genere

Şəbəkə Mürgüləmir

Şəbəkə Mürgüləmir

Rasional.org

Şəbəkə Mürgüləmir proqramında biz - Səməd Rəhimli və İlkin Hüseynli Azərbaycandakı sosial və siyasi məsələlərə libertarian nöqteyi-nəzərdən şərh veririk. Söhbətimizi isə bizə gələn suallar əsasında qururuq. Support this podcast: https://podcasters.spotify.com/pod/show/rasional/support

5 - Pulun Almamalı Olduğu Şeylər Varmı? Seks İşçiliyi və Orqan Ticarəti Barədə
0:00 / 0:00
1x
  • 5 - Pulun Almamalı Olduğu Şeylər Varmı? Seks İşçiliyi və Orqan Ticarəti Barədə

    Bəzən iddia edilir ki, bəzi şeyləri (məsələn, seksi və daxili orqanları) pulla alıb-satmaq olmaz. Buna görə də seks işçiliyinin və orqan bazarının qadağan edilməsi təklif edilir. Biz bu mövzuları müzakirə edir və iddia edirik ki, bir şeyi pulsuz etməyə dövlət icazə verirsə, onda onun pulla edilməsinə də icazə verməlidir. Yəni əgər pulsuz seks qadağan deyilsə, pullu seks də qadağan olmamalıdır. Həmçinin kimsə öz böyrəyini pulsuz kiməsə verə, donor ola bilərsə, bunu pul qarşılığında da etməsinə icazə verilməlidir. Bəs bu kimi sahələrin pullu olması mütləq şəkildə kasıb insanların istismarına gətirib çıxaracaqmı və ya bizim əxlaqımızı pozacaqmı? Bu kimi sualları da müzakirə edib onlara cavab veririk.

    --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/rasional/support
    Tue, 13 Jul 2021 - 1h 02min
  • 4 - Liberalizm və Vətənpərvərlik

    Şəbəkə Mürgüləmir proqramında biz - Səməd Rəhimli,  İlkin Hüseynli və Tinay Muşdiyeva liberal aktivizm üçün vətən və vətənpərvərliyin dəyərindən danışırıq. Səməd bu iki anlayışa istinad edilməsinin əhəmiyyətli olduğunu, İlkin və Tinay isə belə istinadın təhlükəli və qeyri-zəruri olduğunu iddia edir.

    --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/rasional/support
    Wed, 17 Mar 2021 - 1h 24min
  • 3 - Kiçik dövlət, vergi, Trampın tvitləri, sosial liberalizm və sosial demokratiya

    Şəbəkə Mürgüləmir proqramında biz - Səməd Rəhimli və  İlkin Hüseynli Azərbaycandakı sosial və siyasi məsələlərə libertarian  nöqteyi-nəzərdən şərh veririk. Söhbətimizi isə bizə gələn suallar  əsasında qururuq. Bu verilişdə bizə gələn 5 sualı cavablandırdıq.

    --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/rasional/support
    Mon, 15 Mar 2021 - 39min
  • 2 - İfadə Azadlığı Və Onun Sərhədləri

    Şəbəkə Mürgüləmir proqramında biz – Səməd Rəhimli və İlkin Hüseynli Azərbaycandakı sosial və siyasi məsələlərə libertarian nöqteyi-nəzərdən şərh veririk. Söhbətimizi isə bizə gələn suallar əsasında qururuq. Bu verilişdə ifadə azadlığı və onun sərhəddi barədə gələn sualları 9 başlıq altında cavablandırdıq.

    --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/rasional/support
    Mon, 15 Mar 2021 - 35min
  • 1 - Karantin, Korrupsiya, Aktivizm, İqtisadi Müdaxilə, Silah Gəzdirmə

    Şəbəkə Mürgüləmir proqramında biz - Səməd Rəhimli və İlkin Hüseynli Azərbaycandakı sosial və siyasi məsələlərə libertarian nöqteyi-nəzərdən şərh veririk. Söhbətimizi isə bizə gələn suallar əsasında qururuq. Bu verilişdə bizə gələn 5 sualı cavablandırdıq.

    --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/rasional/support
    Mon, 15 Mar 2021 - 47min