Filtrar por gênero
Avto FM 107.7

- 2606 - Elektrikli avtomobillərin Azərbaycandakı perspektivi l "Birdən İkiyə"
"Birdən İkiyə" verilişinin qonağı avtobloger İlkin Mustafazadə oldu.
Podkastda bu sualların cavabını tapacaqsınız:
Ölkə daxilində (xüsusən Bakıda və regionlarda) sürətli və adi şarj stansiyalarının sayı və əlçatanlığı hazırda sürücülərin tələbatını ödəyirmi?
Azərbaycanın isti yay ayları və mülayim qış şəraiti elektromobillərin batareyalarına necə təsir göstərir? Batareyaların ömrü və performans itkisi ilə bağlı narahatlıqlar nə dərəcədə əsaslıdır?
Hazırda Azərbaycanda istifadə olunmuş (ikinci əl) elektromobil bazarı formalaşırmı?Fri, 09 Oct 2026 - 2605 - Yağı gec dəyişdirdiyiniz üçün mühərrik problemi yaşamısınız? I "Qaydaları Pozma"
"Qaydaları Pozma" verilişinin qonağı "Hykron" mühərik yağlarının rəhbəri Yelmar Rəcəbzadə oldu.
Bu podkastda bu sualların cavabını tapacaqsınız:
"Yağı tez-tez dəyişmək mühərrik üçün daha yaxşıdır" fikri doğrudur, yoxsa bu, sadəcə mifdir?
Yağın vaxtı keçəndə mühərrikdə konkret olaraq nə baş verir?
Sürücü yağın keyfiyyətinin aşağı düşdüyünü özü hansı əlamətlərdən anlaya bilər?Fri, 09 Oct 2026 - 2604 - Diqqət! Kofe sizi bu xəstəliklərdən qoruyur | Meqapolis
“Meqapolis” verilişinin qonağı “United Coffee Beans” şirkətinin qurucusu və icraçı direktoru Pərviz Dadaşov oldu. Kofe biznesinin yaranma hekayəsindən, kofe mədəniyyətinin inkişafından, Azərbaycanda kofe bazarının vəziyyətindən, kofenin sağlamlığa təsirlərindən, sahibkarlıq strategiyalarından, baristalığın perspektivlərindən və düzgün kofe seçiminin incəliklərindən danışdıq.
Fri, 09 Oct 2026 - 2603 - “Səs Azərbaycan”ın qalibi Emiliyanın hekayəsi | Meqapolis
"Meqapolis" verilişinin qonağı Azərbaycanın tanınmış pop müğənnisi və musiqiçisi “Səs Azərbaycan 2015"in qalibi Emiliya Yaqubova oldu. Efir zamanı qonaqla musiqi yaradıcılığından, sənətə ilk addımlarından, “Səs Azərbaycan” müsabiqəsindən sonra həyatında baş verən dəyişikliklərdən, şəxsi həyatından və gündəlik rejimindən, Bakı-London arasında yaradıcılıq planlarından, Azərbaycan şou-biznesinə baxışından danışdıq.
Wed, 07 Oct 2026 - 2602 - Avtomobil sektorunda marketinqin rolu nədir? l "Birdən İkiyə"
"Birdən İkiyə" verilişinin qonağı "Voyah Azərbaycan" avtomobil mərkəzinin marketinq meneceri Nihat Həzisoy oldu.
Podkastda bu sualların cavabını tapacaqsınız:
-Azərbaycan istehlakçısının avtomobil seçərkən izlədiyi qərarvermə mexanizmində marketinq hansı məqamlarda həlledici rol oynayır?
-Niyə indi marketoloqlar ənənəvi reklamdan yan keçir, bütün gücü sosial mediaya yönəldirlər?
-Yeni texnologiyalara qarşı yaranan tərəddüdləri və ənənəvi vərdişləri qırmaq üçün marketinq strategiyasında nələri dəyişildi?Tue, 06 Oct 2026 - 2601 - Qəzanı önləmək, yoxsa təhlükəyə imkan verməmək? I "Qaydaları Pozma"
"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov oldu.
Avtomobil idarə etməyi bacaran sürücü ilə peşəkar sürücünün əsas fərqi nədir?
Podkastda bu sualların cavabını tapacaqsınız:
Sürücülərin ən çatışmayan bacarığı hansıdır: manevr, məsafə saxlamaq, sürəti düzgün seçmək, yoxsa təhlükəni əvvəlcədən görmək?Bir sürücünün həqiqətən peşəkar olub-olmadığını müəyyən etmək üçün ona hansı 3 praktiki tapşırığı verərdiniz?Tue, 06 Oct 2026 - 2600 - İstehsal defekti olan avtomobillərin geri çağırılması necə baş tutur? l "Birdən İkiyə"
"Birdən İkiyə" verilişinin qonağı AADA-nın idarə heyyətinin üzvü Fərid Hüseynov oldu.
Podcastda bu sualların cavabını tapacaqsınız:
1. İstehsal qüsuru olan avtomobillərin geri çağırılması kampaniyası zamanı bundan kimlər faydalanacaq, kimlər isə kənarda qalacaq?
2. Alverçilər vasitəsilə avtomobil əldə edən şəxslərin avtomobilinə niyə rəsmi idxalçılar servis xidməti göstərmirlər?
3. Avtomobil alarkən şirkətin təqdim etdiyi zəmanət şərt kitabçasında göstərilən reqlament şərtləri istehlakçının təklifi ilə dəyişə bilər?Mon, 05 Oct 2026 - 2599 - Rəsmi dillerlər bazar payını necə geri qaytara bilərlər? l "Birdən İkiyə"
"Birdən İkiyə" verilişinin qonağı avtobloger Əli Məmmədov oldu. Avtomobil blogerlik fəaliyyətindən, bu blogerlərin mütləq bilməli olduqları əsas nüanslardan, rəsmi avtomobil idxalçıları ilə tərəfdaşlıq etməyin üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.
Mon, 05 Oct 2026 - 2598 - Aquşa: “Yaxşı animator həm də psixoloqdur” | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Aquşa" kimi tanınan məşhur kloun və animator Ağa Piriyev oldu. Animatorluq peşəsinin seçilməsindən, uşaqların əyləncə dünyasındakı dəyişikliklərdən, obraz yaratmağın çətinliklərindən və insanları güldürməyin psixologiyasından danışdıq.
Mon, 05 Oct 2026 - 2597 - İstənilən dili öyrənməyin ən effektiv yolu | Meqapolis
"Meqapolis" verilişinin qonağı Dünya Poliqlotlar Cəmiyyətinin üzvü Aslan Məmmədzadə oldu. Dil öyrənməyin effektiv yollarından, dil öyrənmək üçün tələb olunan müddətdən, çoxdilliliyin üstünlüklərindən, uşaqlıqdan dil öyrənmənin əhəmiyyətindən və texnologiyanın yaratdığı yeni imkanlardan danışdıq.
Fri, 02 Oct 2026 - 2596 - Avtobus zolağında ən çox hansı qayda pozuntusuna rast gəlinir? I "Qaydaları Pozma"
"Qaydaları Pozma" verilişinin qonağı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov oldu.
Podcastda bu sualların cavabını tapacaqsınız:
Avtobus zolaqlarında qayda pozuntularına nəzarət necə həyata keçirilir?
Kameralar vasitəsilə aşkarlanan pozuntularla bağlı hansı tədbirlər görülür?
Bəzi sürücülər deyirlər ki, “yol boşdursa, avtobus zolağına girməyin nə ziyanı var?”
Sürücülər sıxlıqdan yayınmaq üçün avtobus zolağına daxil olduqda hansı problemlər yaranır?Thu, 01 Oct 2026 - 2595 - Çin avtomobilləri, yoxsa illərdir etibar qazanan Koreya və Yaponiya avtomobilləri? ı "Qaydaları Pozma"
"Qaydaları Pozma" verilişinin qonağı avtomobil eksperti Mübariz Salmanov oldu.
Bu podcastda bu sualların cavabını tapacaqsınız:
Bu gün avtomobil alarkən Çin, Koreya və Yaponiya arasında seçim etsək, əsas hansı meyarlara diqqət etməliyik?
Servis və ehtiyat hissələrinin əlçatanlığı baxımından hazırda hansı qrup daha rahatdır?
Qəza zamanı təhlükəsizlik sistemlərinin işi baxımından Çin avtomobillərinə nə qədər güvənmək olar?Thu, 01 Oct 2026 - 2594 - Bakıda köhnə avtomobillərin sayı niyə artır? l "Birdən İkiyə"
"Birdən İkiyə" verilişinin qonağı nəqliyyat eksperti Eldəniz Cəfərov oldu. Azərbaycanda avtomobillərin utilizasiyasından, köhnə avtomobillərin sayının artmasından, rəsmi dillerlərin üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.
Wed, 30 Sep 2026 - 2593 - 24 Karatlıq qızıldan parça olar? | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Emiland" kişi geyim brendinin və fərdi tikiş salonunun modelçi-dizayneri və filial müdiri Vüqar Orucov oldu. Pencək və geyim seçimindən, mövsümə uyğun parçalardan, rahatlıq, nəfəsalanlıq və qırışmama xüsusiyyətlərindən, eləcə də sükan arxasında olanlar üçün ən ideal parçadan danışdıq.
Wed, 30 Sep 2026 - 2592 - Aktiv maliyyələşdirməsi: Lizinq və kredit | Meqapolis
"Meqapolis" verilişinin qonağı Azərbaycan Banklar Assosasiyasınin eksperti İsmayıl Məmmədov oldu. Aktiv əsaslı maliyyələşdirmənin mahiyyəti, KOB-ların maliyyəyə çıxış imkanları, avtomobil lizinqində müqavilə şərtləri və risklər, bank krediti ilə lizinqin fərqləri, aktivin alınması ilə pul axınının qorunması arasında seçim, ödənişlərin gecikdirilməsi zamanı yaranan hüquqi və maliyyə riskləri, müqavilədə diqqət edilməli əsas bəndlər və sahibkarlar üçün praktik tövsiyələrdən danışdıq.
Wed, 30 Sep 2026 - 2591 - "Qara bazar"dan avtomobil almağın hüquqi tərəfləri nədir? l "Birdən İkiyə"
"Birdən İkiyə" verilişinin qonağı vəkil Əli Qəmbərov oldu. Rəsmi diller və qeyri-rəsmi idxalçılardan alınan avtomobillərdən, avtomobil satın alınmasının hüquqi tərəflərindən, rəsmi dillerdən alınan avtomobillərin üstünlüklərindən və digər maraqlı mövzulardan danışdıq.
Tue, 29 Sep 2026 - 2590 - Yollarda əsas məsuliyyət kimdədir — piyadada, sürücüdə, yoxsa şəhər planlamasında? I "Qaydaları Pozma"
"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu.
Bu podcastda piyada keçidində sürücünün ən çox etdiyi səhvlərdən, sürücünün piyada keçidində qəza etməmək üçün bilməli olduğu 3 əsas qaydadan, piyadaların yaratdığı təhlükələrdən və digər maraqlı mövzulardan bəhs etdik.Tue, 29 Sep 2026 - 2589 - Son zamanlarda Azərbaycanda avtomobil bazarında nələr baş verir? l "Birdən İkiyə"
"Birdən İkiyə" verilişinin qonağı Azərbaycanın Avtomobil Dillerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev oldu. Son zamanlarda Azərbaycanda avtomobil bazarında baş verən hadisələrdən, Çin avtomobillərinin üstünlük təşkil etməsindən, Çin avtomobillərində multimedia və proqram təminatı problemlərindən və digər maraqlı mövzulardan danışdıq.
Mon, 28 Sep 2026 - 2588 - Süni İntellekt: Fürsət, yoxsa təhlükə? | Meqapolis
"Meqapolis" verilişinin qonağı süni intellekt üzrə mütəxəssis Ümüd Salayev oldu. Süni intellektin müsbət və mənfi tərəflərindən, gələcəkdə yarada biləcəyi potensial təhlükələrdən və hansı peşələrə daha çox təsir edəcəyindən danışdıq.
Mon, 28 Sep 2026 - 2587 - Təmizlik biznesinin arxasında nə dayanır? | Meqapolis
"Meqapolis" verilişinin qonağı "White Star Cleaning" beynəlxalq təmizlik şirkətinin Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri Elnur Həsənov oldu. Onunla şirkətin yaranma hekayəsindən, şirkətin iş prinsiplərindən, maraqlı sifarişlərdən, müştəri və əməkdaşlarla bağlı qaydalardan, rəqabətdən və gələcək hədəflərdən danışdıq.
Tue, 22 Sep 2026 - 2586 - Səyahətə aparan millər: AllMiles | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Premium Bankın" Marketinq departamentinin əməkdaşı Minacət Əliyeva oldu. "Loyallıq Proqramı"nın üstünlükləri, mil qazanmaq və istifadə imkanları, Visa AllMiles və Visa Signature Business AllMiles kartlarının fərqləndirici xüsusiyyətləri, eləcə də partnyor olmaq və kart sahibi olmadan proqramdan yararlanmaq imkanları barədə danışdıq.
Tue, 22 Sep 2026 - 2584 - Avtomobilimizi nə qədər düzgün istifadə edirik? | Meqapolis
"Meqapolis" verilişinin qonağı Auto Azərbaycanın Texniki meneceri Şamxal Yusifov oldu. Avtomobilə mühəndis baxışı, Azərbaycanda sürücülərin etdiyi texniki səhvlər, şəhər və uzun yol sürüşünün fərqləri, tıxacların avtomobilə təsiri, elektromobillər haqqında yanlış təsəvvürlər və batareya ömrünü azaldan amillər haqqında danışdıq.
Wed, 16 Sep 2026 - 2583 - Mürəkkəb dərsliklər, bitməyən tapşırıqlar: Repetitor asılılığının səbəbləri | Meqapolis
"Meqapolis" verilişinin qonağı təhsil eksperti Əmrah Həsənli oldu. Şagirdlərin həddindən artıq dərs yükü, ağır və mürəkkəb dərslik materialları səbəbindən mövzuları məktəbdə effektiv mənimsəyə bilməməsi, nəticədə inkişaf etmiş xarici ölkələrdən fərqli olaraq ev tapşırıqlarının normadan çox verilərək bilik boşluqlarının repetitorlar vasitəsilə bağlanmasından danışdıq.
Mon, 14 Sep 2026 - 2582 - Əsgər Əsgərov: Bloqerlər nə qədər qazanır? | Meqapolis
"Meqapolis" verilişinin qonağı “Toma” obrazı ilə tanınan bloqer Əsgər Əsgərov oldu. Söhbətimiz zamanı bloqerlik fəaliyyətindən, ölkəmizdə bloqerlərin qazancından, bu işin çətinliklərindən və “Toma” obrazının necə yaranmasından danışdıq.
Fri, 11 Sep 2026 - 2581 - Tədris ili başlayır: Bakı yolları və avtobuslar sərnişin yükünə hazırdırmı? | Meqapolis
"Meqapolis" verilişinin qonağı AYNA-nın mətbuat katibi Tural Orucov oldu. Metro xətlərinin ayrılması ilə əlaqədar tətbiq olunan ekspres marşrutların fəaliyyəti və sərnişin tələbatını qarşılama imkanları, marşrutların sayının artırılması, avtobus parkının vəziyyəti və sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətləri, şəhərətrafı ərazilərdən mərkəzə sərnişindaşımanın yaxşılaşdırılması, Bakıda yol hərəkətinin təşkilində həyata keçirilən dəyişikliklər, eləcə də tədris ili ərəfəsində şəhər yollarının hazırlığı və əsas tıxaclı ərazilərdə gözlənilən yeniliklər barədə danışıldı.
Wed, 09 Sep 2026 - 2580 - Təmizlik Sektorunda keyfiyyət standartları, texnologiya və gələcək | Meqapolis
"Meqapolis" verilişinin qonağı "White Star Cleaning"in Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Elnur Həsənov oldu. "White Star Cleaning" şirkətində xidmət keyfiyyətinin standartları, ən çox müraciət olunan təmizlik növləri, müştəri narazılıqları və şikayətlərlə iş mexanizmi, personalın təlimi və kimyəvi vasitələrin seçilmə prinsipləri, keyfiyyətə nəzarət və yoxlama mərhələləri, brendin bazardakı əsas fərqləndirici üstünlükləri, eləcə də təmizlik sektorunda süni intellekt, yeni texnologiyalar, robotların insan əməyini əvəzləmə imkanları və Azərbaycandakı boşluqlar ilə fürsətlər müzakirə olundu.
Mon, 07 Sep 2026 - 2579 - Bankçılıqda müştəri təcrübəsi və xidmət keyfiyyətinin prioritetləri | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın Müşahidə Şurası sədrinin müşaviri Asiya Rüstəmova oldu. Bankın səhvlərinin operativ həlli və nüfuzun qorunması, müştəriyə sürətli və dəqiq xidmət, təhlükəsizliklə insani yanaşmanın balanslaşdırılması, əməkdaşların performans göstəriciləri, müştəriyə uyğun məhsul təklifləri, sistemli problemlərin idarə olunması və müştəri təcrübəsinin bankın gələcək inkişafındakı rolu müzakirə olundu.
Fri, 04 Sep 2026 - 2578 - “40 milyonluq uğur”: “Sabah” Çempionlar Liqasından nə gözləyir? | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Sabah"ın mətbuat katibi Elnur Həmidov oldu. “Sabah”ın Çempionlar Liqasına vəsiqə qazanmasının yaratdığı təəssüratlar, klubun uğurunun əsas səbəbləri, püşkatmada müəyyənləşən rəqiblər və qarşıdakı hədəflər, turnirdən gözləntilər, maliyyə məsələləri, transfer planları, azarkeş marağı və bilet satışı, həmçinin klubun PR və media fəaliyyəti barədə danışıldı.
Fri, 04 Sep 2026 - 2577 - Ceki Çanı Azərbaycanda film çəkməyə dəvət edən kaskadyor | Meqapolis
"Meqapolis" verilişinin qonağı kaskadyor, döyüş xoreoqrafı Sain Fərhad oldu. Ceki Çanın rəsmi təlim mərkəzində təhsil almasından və məşhur aktyorla tanışlığından, kaskadyorluğun incəliklərindən, təhlükəli fəndlərdən, bu peşənin görünməyən qəhrəmanlarından, eləcə də Azərbaycanda kaskadyorluğun inkişaf perspektivlərindən danışdıq.
Wed, 02 Sep 2026 - 2576 - Bakı metrosu gələcəkdə necə olacaq? | Meqapolis
"Meqapolis" verilişinin qonağı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov oldu. Bakı Metropolitenində gedən təmir-bərpa işlərinin yekunlaşma vaxtından, Nizami-28 May keçidi və xətlərin ayrılması layihəsinin mövcud mərhələsindən, yeni təhsil ilində sıxlığın qarşısını almaq üçün nəzərdə tutulan tədbirlərdən, 2030-cu ilədək 9 yeni stansiyanın tikintisi vədinin reallığından və interval, ödəniş, rahatlıq sahəsində olacaq texnoloji yeniliklərdən danışdıq.
Mon, 31 Aug 2026 - 2575 - Velosiped, Bakı və sağlam həyat | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Aparla Səhər" klubunun yaradıcısı Aynur Nəbiyeva oldu. Bakıda velosiped mədəniyyətinin inkişafı, “Aparla səhər” ideyasının yaranma hekayəsi, velosipedlə Bakını kəşf etmək üçün marşrutlar və sağlam həyat tərzinə başlamağın vacibliyi barədə danışdıq.15:00
Mon, 31 Aug 2026 - 2574 - Amazonda işləyən həmyerlimiz: Amerikada sıfırdan başlamaq və karyera yolu | Meqapolis
"Meqapolis" verilişinin qonağı "Amazon Web Services" şirkətində Bulud Texnologiyaları və Süni İntellekt Strategiyası üzrə çalışan Rüfət Ağayev oldu. Amerikada həyat, radio-podkast mədəniyyəti, həmçinin Amazon və oradakı iş təcrübəsi, süni zəkanın gələcəyi və insan əməyinə təsiri barədə danışdıq.
Thu, 27 Aug 2026 - 2573 - Rayon yollarında ən çox edilən SƏHV nədir? | Qaydaları Pozma
Yay mövsümünün gəlişi ilə bölgələrimizə, istirahət məkanlarına səfər edən sürücülərin sayı kəskin artıb. Bəs uzun yol, yüksək sürət, yorğunluq və diqqətsizlik fəsadlara yol açmasın deyə nə etməliyik? Rayon və dağlıq yollarda sürücülərin ən çox yol verdiyi xətalar hansılardır?
Avto FM-in "Qaydaları Pozma" verilişinin bu buraxılışında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və dinləyicilərimiz rayon yollarındakı təhlükələri, kəskin döngələrdə sürət həddini və uzaq məsafəli səfərlər zamanı avtomobilin texniki sazlığının vacibliyini müzakirə edirlər.Mon, 03 Aug 2026 - 2572 - Qəza Şəraiti Yaradan Sadə Səhvlər - DİN Rəsmisindən Sürücülərə Vacib Xəbərdarlıq! | Qaydaları Pozma
"Qaydaları Pozma" verilişinin növbəti buraxılışında yollarda baş verən qəzaların görünməyən səbəblərindən, sürücü və piyadaların əhəmiyyətsiz hesab etdiyi, lakin böyük təhlükə yaradan xətalarından danışdıq.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Ceyhun Həsənlinin təqdimatında sükan arxasında telefon istifadəsi, dönmə işıqlarından düzgün istifadə edilməməsi, ara məsafəsinin saxlanılmaması və operativ nəqliyyata yol verilməməsi kimi kritik məsələlərə aydınlıq gətirdi.Thu, 30 Jul 2026 - 2571 - Bakıda Yay Tıxaclarının Səbəbləri: Süni Qadağalar və Ləngiyən Təmirlər | Qaydaları Pozma
Bakıda yay tətilinin olmasına baxmayaraq küçə və prospektlərdə bitmək bilməyən tıxacların və sıxlığın əsas səbəbləri nələrdir? Yol hərəkəti və nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Auto FM-də yayınlanan "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı olaraq gündəmdəki subyektiv problemləri açıq şəkildə ifşaladı.
Verilişdə Gürcüstan yol infrastrukturu ilə Bakı yollarının müqayisəsi aparılır, Əhməd Rəcəbli küçəsindəki ləng təmir işləri, Yasamal, Babək və Heydər Əliyev prospektindəki mənasız yol bağlamaları, sentyabr ayında gözlənilən nəqliyyat xaosu və təhsil müəssisələrində diferensial saat sisteminə keçid kimi mühüm mövzular geniş müzakirə olunur.Thu, 30 Jul 2026 - 2570 - Yollarda Qəzaları Necə Azaltmaq Olar? | Ekspert Aqil Rəhimov
Avto FM-in "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı Qəzaəleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov idi. Azərbaycanda baş verən yol-nəqliyyat qəzalarının əsl elmi səbəbləri, sürücülük vəsiqəsi imtahanlarının şəhər daxilində (real yollarda) keçirilməsi təklifi, təhlükəli sürüş tərzi cərimələri, gizli yol polisi təcrübəsi, radar işarələrinin ləğvi və piyadalar üçün MyGov inteqrasiyalı yeni tənbeh mexanizmləri bu verilişdə!
Yol qəzalarının əsas səbəbi nədir: səriştəsizlik, yoxsa aqressiv sürüş?Sürücülük imtahanları niyə yalnız meydançada değil, şəhər daxilində də keçirilməlidir?"Təhlükəli sürüş tərzi" maddəsi qanunvericiliyə qayıtmalıdır mı?Gizli Yol Polisi patrulları xuliqan sürücüləri necə intizama dəvət edə bilər?Piyada qəzalarının qarşısını almaq üçün hansı sərt cərimə mexanizmləri lazımdır?
Podcastda cavab tapacağınız əsas suallar:Tue, 28 Jul 2026 - 2569 - Bakı-Quba Yolunda Piyada Ölümü: Faciəvi Qəzanın Təfərrüatları | DYP | Qaydaları Pozma
Avto FM-in "Qaydaları pozma" verilişində Bakı-Quba magistral yolunun 53-cü kilometrliyində baş verən və piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi müzakirə olunur. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və aparıcı Ceyhun Həsənli magistral yollarda piyadaların qayda pozuntularını, çoxzolaqlı yollardan keçməyin böyük risklərini və sürücülərin yol-nəqliyyat hadisələrindəki məsuliyyətini təhlil edirlər.
Bakı-Quba magistralında baş verən ölümcül qəzanın ilkin təfərrüatları nələrdir?Piyadalar nə üçün magistral yollarda həyatlarını riskə atırlar?İcazəsiz yerden keçən piyadanı vuran sürücü hər zaman günahkardırmı?Piyada vurulması hadisələrində rəsmi statistika: 6 ayda nə qədər ölüm baş verib?Sərnişin qapını açaraq digər maşına vurduqda hüquqi məsuliyyət kimin üzərinə düşür?
Podcastda cavab tapacağınız əsas suallar:Tue, 28 Jul 2026 - 2568 - Kredit Tarixçəsi Və Qara Siyahıdan Çıxmağın Yolları | Ekspert İsmail Məmmədov | Qaydaları Pozma
Avto FM-in "Qaydaları pozma" verilişində kredit tarixçəsi, mənfi qeydlər, "qara siyahı" mifləri və bank kreditləri götürərkən diqqət edilməli olan maliyyə qaydaları müzakirə olunur. "Bank of Baku" Kiçik və Orta Biznes Bankçılığı Departamentinin direktor müavini və Azərbaycan Banklar Assosiasiyasının eksperti İsmail Məmmədov kredit reytinqini düzəltməyin yollarını, zaminliyin risklərini və rəsmi gəlir olmadan kredit almaq imkanlarını açıqlayır. Podcastda cavab tapacağınız əsas suallar:
Mərkəzi Kredit Reyestri nədir və kredit tarixçəsi necə formalaşır?"Qara siyahı"dan necə çıxmaq olar? (Lombard və xırda kredit metodu)Zamin durduğunuz şəxs krediti ödəməsə sizin kredit tarixçənizə nə olur?Kredit hesabındakı 1 manatlıq texniki borc krediti necə batırır?Gənclərin və tələbələrin kredit götürərkən etdiyi böyük səhvlər.Fri, 24 Jul 2026 - 2567 - Qəza-Dayanma Nişanı Harada Və Necə Quraşdırılmalıdır? - 30 METR QAYDASI! | Qaydaları Pozma
"Qaydaları Pozma" verilişində texniki nasaz avtomobillərin yollarda yaratdığı süni tıxaclar, yol-nəqliyyat qəzaları zamanı görülməli olan təhlükəsizlik tədbirləri və DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) son statistikası müzakirə olunur. Ceyhun Həsənli və DİN NİİM-in mətbuat katibi Ömər Xıdırrov yolda maşını xarab olan sürücülərin etdiyi böyük səhvləri, qəza-dayanma nişanının düzgün quraşdırılma qaydasını və insan həyatını xilas edəcək vacib tövsiyələri təqdim edirlər. Podcastda cavab tapacağınız əsas suallar:
İlin ilk 6 ayında Bakı yollarında neçə nasaz avtomobil qalıb?Yolda avtomobil xarab olarsa, birinci hansı addım atılmalıdır?Qəza zamanı avtomobili yolda saxlayıb gözləmək niyə ölümcül təhlükədir?Kənardan qəzaya baxan sürüclər süni tıxacı necə yaradır?Thu, 23 Jul 2026 - 2566 - Yol Qaydalarını Yadda Saxlamağın Ən Asan Yolu | Sürücülük Məşqçisi Aqil Rəhimov | Qaydaları Pozma
Yol hərəkəti qaydalarını (YHQ) asan və effektiv şəkildə necə öyrənmək və yadda saxlamaq olar? Qəza əleyhinə sürücülük kurslarının peşəkar təlimçisi Aqil Rəhimov və Rauf Mirqulamov "Qaydaları Pozma" verilişində yol nişanlarını mənimsəməyin sirlərini, visual öyrənmə metodlarını və praktiki sürücülük məsləhətlərini bölüşürlər. Müzakirə olunan mövzular:
Yol qaydaları kitabını dərindən anlamaq və məntiqini tutmaqVisual dərslər və video animasiyalarla qayda öyrənməkDairəvi yol ayrıclarında düzgün zolaq seçimi və təhlükəsizlikTəzə başlayan sürücülərin etdiyi ən böyük psixoloji və praktiki səhvlərQorxunu aradan qaldırmaq və yollarda xüsusi təyinatlı kimi hazır olmaqWed, 22 Jul 2026 - 2565 - Dayanmış Maşının Təkəri Dönük Olarsa Hüquqi Cavabdehlik Nədir? | Qaydaları Pozma
Bakıda və bölgələrdə isti yay günlərində yol-nəqliyyat hadisələri (qəzalar) niyə artır?
Sükan arxasında yuxusuzluq, yorğunluq, diqqətsizlik və mobil telefondan istifadə hansı faciəvi nəticələrə gətirib çıxarır?
"Avto FM" radiostansiyasının "Qaydaları Pozma" verilişində aparıcı Ceyhun Həsənli və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isti havalarda sürücüləri gözləyən gizli riskləri, Tərtər və Biləsuvarda baş verən son ağır qəzaların təhlilini və sürücülərin hüquqi məsuliyyətlərini geniş müzakirə edirlər. Videoda həmçinin taksi sürücülərinin rejim qaydaları, duracaqda avtomobil saxlayarkən təkərlərin mövqeyi və sürücülük vəsiqəsi olmadan maşın sürməyin cərimələri barədə dinləyici sualları cavablandırılır.Tue, 21 Jul 2026 - 2564 - Sığorta Nəyi Qarşılayır, Nəyi Qarşılamır? | Avto-Sığorta haqqında HƏR ŞEY! | Qaydaları Pozma
Yay mövsümünün əsas riskləri: Güclü küləklər, qasırğalar və qəfil yağan dolunun avtomobillərə vurduğu zərərlər (Bakıdakı məlum may dolusu nümunəsində).
İcbari sığorta yoxsa Kasko sığorta? Dolu maşını əzdikdə hansı sığorta növü ödəniş edir?
Məhəllə daxili risklər: Uşaqların futbol oynayarkən və ya üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində avtomobilə vurduğu zərərlər sığortalanırmı?
Motosiklet qəzaları: Piyadanın günahı ucbatından baş verən motosiklet qəzalarında icbari sığorta zərəri qarşılayırmı?
Məsuliyyət limitinin artırılması: Könüllü məsuliyyət sığortası nədir və o, bizi böyük maliyyə itkilərindən necə xilas edir?
Aparıcı: Ceyhun Həsənli
Qonaq: Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin AllahverdiyevMon, 20 Jul 2026 - 2563 - Elektromobil Almağa Hazırıqmı? | BYD Blade Batareyası Nədir? | Qaydaları Pozma
Verilişdə Hansı Mövzulara Toxunulub?
Elektromobillərin İdarəolunması: Elektromobilə keçid çətindirmi? Adi sürücülərin bu yeniliyə baxışı necədir?
Şarj və İnfrastruktur: Bakı və rayonlarda şarj stansiyalarının mövcud vəziyyəti necədir? Yolda qalma riski varmı?
Batareya Texnologiyası və Ömrü: Dünyanın yeganə yanmaz və təhlükəsiz batareyası olan BYD Blade Batareyası hansı üstünlüklərə malikdir?
Servis və Ehtiyat Hissələri: Elektromobil alarkən zəmanət və rəsmi servisin önəmi nədir? Reduktor yağı neçə mindən bir dəyişdirilməlidir?
Model Seçimi: Bakı küçələrinə və iqliminə uyğun elektromobil seçərkən nələrə diqqət etməliyik? (İsidilmə və soyudulma pompasının əhəmiyyəti).
Aparıcı: Ceyhun Həsənli
Qonaq: BYD Motors Baku-nun satış və marketinq rəhbəri Toğrul MəlikliThu, 16 Jul 2026 - 2562 - Bakı yollarında sürücü-piyada davası: Kim haqlıdır? | Qaydaları Pozma
Sürücü mədəniyyəti və yollardakı hörmətsizlik
Hansı hərəkətləri özümüzə qarşı hörmətsizlik hesab edirik?
Piyadalara yol verməyən sürücülər və kameralar (50 AZN cərimə)
Aqressiv əl-qol hərəkətləri və sürücü psixologiyası
"Piyadalar da mələk deyil!" - Telefonla keçiddən keçənlər
Yerli-yersiz səs siqnalı (siqnal vermək mədəniyyəti)
Yol istəyən sürücüyə yol verməmək inadı
Aparıcı: Ceyhun Həsənli
Qonaq: Qəza əleyhinə kursların məşqçisi Aqil RəhimovThu, 16 Jul 2026 - 2561 - Piyada yoxsa Sürücü Günahkardır? | Qaydaları Pozma
Piyada Məsuliyyətsizliyi: Niyə piyadalar keçidlərdən istifadə etmir və həyatlarını təhlükəyə atırlar?
Son Statistika: Piyada vurma hadisələrində azalma meyli varmı? Rəqəmlər nə deyir?
Bakıdakı Vəziyyət: Hadisələrin niyə böyük hissəsi paytaxtın payına düşür?
Sürücü yoxsa Piyada?
Sürücünün günahı olmadığı halda qəza baş verərsə, məsuliyyətdən qaça bilərmi? Qanunvericilik nə tələb edir?
Hər birimiz həm sürücü, həm də piyadayıq. Unutmayın, yollarda qəzaların qarşısını almaq üçün təkcə cəzalar yox, şüurlu yanaşma və maariflənmə əsasdır.
Aparıcı: Ceyhun Həsənli
Qonaq: Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, Polis Polkovnik-Leytenantı Mübariz AğayevTue, 14 Jul 2026 - 2560 - KASKO Sığortası Nədir və Necə Edilir? - Avtomobil Sığortasında Bilməli Olduğunuz Hər Şey | Qaydaları Pozma
Avtomobiliniz üçün KASKO sığortası etdirmək həqiqətən vacibdir, yoxsa bu sadəcə əlavə xərcdir? Bu söhbətimizdə, yol hərəkəti zamanı baş verə biləcək gözlənilməz hadisələr, yol qəzası və təbii fəlakətlər zamanı sürücüləri gözləyən ciddi maddi itkilərdən qorunma yollarını müzakirə edirik. KASKO sığortası olmayan bir sürücü hansı risklərlə üzləşir və sığorta şirkətləri hansı hallarda sığorta ödənişindən imtina edir?
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev "AvtoFM"-in qonağı olaraq, avtosığorta müqaviləsi bağlayarkən diqqət edilməli olan gizli bəndlər, azadolma məbləği və köhnə avtomobillərin sığortalanması barədə ən çox verilən sualları cavablandırır. Lizinq və ya kreditlə maşın alanlar üçün KASKO-nun üstünlükləri və moped/motosiklet qəzalarında zərərin qarşılanması qaydaları bu videoda!Mon, 13 Jul 2026 - 2559 - Qəza İştirakçıları Necə Razılığa Gəlməlidir? - SIĞORTADAN PUL ALMAQ! | Qaydaları Pozma
Yol-nəqliyyat hadisəsi (qəza) zamanı qanuni hüquqlarınızı və görülməli olan ilk vacib işləri bilirsinizmi? "Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəza anında etdiyi ən böyük səhvləri və qanuni öhdəlikləri təhlil edirik.
Xüsusilə maddi zərərlə nəticələnən yol qəzalarında, Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən avtomobili nə vaxt yolun kənarına çəkmək olar? Sığorta şirkəti və 102 xidmətinə doğru məlumatın verilməsi, tıxac yaradan sürücülərin cərimələnmə halları və İnzibati Xətalar Məcəlləsinin 100 manatlıq cərimə bəndindən qanuni yayınma yolları haqqında bütün detallar bu videoda! Həmçinin İsmayıllı və Bakı-Sumqayıt yolunda baş verən real qəza hadisələri üzərindən humanist və qanuni davranış modellərinin analizi.Fri, 10 Jul 2026 - 2558 - Çin Maşınlarının Qiymətindəki Böyük Dəyişikliklər - Real Bazar Analizi 2026 | Qaydaları Pozma
Bu buraxılışımızda son illərin ən çox müzakirə olunan mövzusuna — Çin istehsalı avtomobillərin Azərbaycandakı qiymət siyasətinə və bazar dinamikasına işıq salırıq! "Avto FM"-in qonağı BYD Motors Bakı şirkətinin satış və marketinq rəhbəri Toğrul Məliklidir.
Podcastda Çin avtomobillərinin qiymətlərinin tez-tez dəyişməsinin pərdəarxası səbəblərini, 2026-cı il yanvarın 1-dən tətbiq olunan %18 ƏDV vergisinin rəsmi idxala təsirlərini və "Grey Market" (paralel idxal) vasitəsilə maya dəyərindən aşağı qiymətə satılan avtomobillərin yaratdığı süni qiymət enmələrini müzakirə edirik. Həmçinin rəsmi distribütorların qiymət sabitliyi, ikinci əl BYD modellərinin trade-in (barter) kampaniyası və payıza doğru bazarda gözlənilən qiymət tənzimləmələri barədə ən son ekspert rəylərini burada tapa bilərsiniz!Thu, 09 Jul 2026 - 2557 - Qadın Sürücülərin Etdiyi Səhvlər - Sürücü Psixologiyası | Qaydaları Pozma
Sükan arxasında tez-tez əsəbləşirsiniz? Tıxaclar, daldan işıq yandıranlar və qayda pozan sürücülər sizi çilədən çıxarır?
"Qaydaları Pozma" verilişinin növbəti buraxılışını təqdim edirik. Aparıcı Ceyhun Həsənli və Qəza Əleyhinə Sürücülük Kurslarının peşəkar təlimçisi Aqil Rəhimov sükan arxasında aqressiyanın psixoloji səbəblərini, uşaqlıqdan gələn valideyn səhvlərini və yollarda emosiyaları idarə etməyin 5 qızıl qaydasını müzakirə edirlər.Tue, 07 Jul 2026 - 2556 - Baki-Sumqayıt Yolundakı Tıxaclar və Zəncirvari Qəzaların SƏBƏBİ! - DYP-DƏN XƏBƏRDARLIQ! | Qaydaları pozma
"Qaydaları Pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənlinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, Polis Polkovnik-Leytenantı Mübariz Ağayevdir.
Mübariz müəllim son illərdə avtomobillərin sayının artmasına baxmayaraq, qabaqlayıcı preventiv tədbirlər sayəsində ölüm və xəsarətlərin azalma tendensiyasını açıqlayır. Lakin arxayınlaşmaq olmaz! Yollarda ən çox ölümə səbəb olan SÜRƏT HƏDDİNİN AŞILMASI, ara məsafəsinin saxlanmaması və piyadaların məsuliyyətsizliyi kimi kritik mövzulara toxunuruq. Həmçinin, sükan arxasında WhatsApp-dan yazı və səs vasitəsilə istifadə etməyin, diqqəti yayındırmağın yaratdığı dəhşətli qəza risklərini müzakirə edirik. Sürücü və piyada olaraq hamımızın bilməli olduğu bu qızıl qaydaları mütləq izləyin!Tue, 07 Jul 2026 - 2555 - Çin Avtomobillərinin Ən Böyük Problemi - Çin Maşını Alarkən Nəyə Diqqət Edək? | Qaydaları pozma
Çin avtomobilləri həqiqətən dözümlüdür, yoxsa qəza anında kağız kimi əzilir? Bu podcastda BYD Motors Bakının satış və marketinq rəhbəri Toğrul Məlikli ilə birlikdə Çin avtomobillərinin gizli qalan müsbət və mənfi tərəflərini, Euro NCAP kraş testlərinin şok nəticələrini və real istifadəçi təcrübələrini incələyirik!
İnsanlar arasında yayılan "Çin maşınlarının dəmiri zəifdir", "servisi və ustası yoxdur" kimi miflərə rəsmi ekspert cavabları ilə aydınlıq gətiririk. Həmçinin, hibrid və elektrikli Çin avtomobillərinin real yanacaq sərfiyyatı və iqtisadi üstünlüklərindən danışırıq. Əgər siz də yaxın gələcəkdə Çin avtomobili almağı düşünürsünüzsə, bu videonu izləmədən qərar verməyin!Fri, 03 Jul 2026 - 2554 - 2026 Qəza Riskləri - Təcrübəli Sürücülər Niyə Ağır Qəzalara Düşürlər? | Qaydaları pozma
"Qaydaları pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənli və Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırlov sükan arxasındakı ən böyük təhlükələrdən birini müzakirə edirlər.
Podcastda ilk növbədə bu ilin əvvəlindən bəri qeydə alınan 11 mindən çox qayda pozuntusuna və sükan arxasında mobil telefondan istifadənin qəza statistikasına necə təsir etdiyinə dair mühüm suallara elmi aydınlıq gətirilir. Həmçinin naviqasiyadan istifadə edən taksi sürücülərinin hansı qaydalara əməl etməli olduğunu və təzə başlayan sürücülərlə çoxillik təcrübəsi olanların qəzaya düşmə riskləri arasındakı fərqləri öyrənəcəksiniz.Thu, 02 Jul 2026 - 2553 - Avto-İcbari Sığorta Nəyi Əhatə Edir? - Qəza Zamanı Sürücülərin Hüquqları Nələrdir? | Qaydaları pozma
Avtomobil sığortası sürücülərin maliyyə təhlükəsizliyini təmin edən ən vacib amillərdən biridir. Bəs qəza zamanı sığorta şirkəti zərəri necə qarşılayır və hansı hüquqlarımız var? "Qaydaları Pozma" verilişinin bu xüsusi buraxılışında, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə birlikdə avtosığorta sisteminin pərdəarxası məqamlarını və 2026-cı ilin yeni qaydalarını təhlil edirik!
55 Min Manatlıq Limit Nədir? İcbari sığortanın əmlaka və sağlamlığa vurduğu zərərlərin ödənilmə qaydası (Yenilənən limit sirri).
Avto-İcbari Sığorta Nəyi Əhatə Edir? - Qəza Zamanı Sürücülərin Hüquqları Nələrdir?Qəza Yerini Tərk Etmədən Nə Etməli? Tıxac yaratmamaq üçün avtomobili nə vaxt kənara çəkmək olar?
Yeni Sığorta Qaydaları (Malus Sistemi): Avtomobili etibarnamə ilə verəndə qəza baş verərsə, sığorta haqqının 30% artımı (Malus) kimin adına yazılır?
Zərərsiz Sürücülərə 5%-lik Endirim: Qəza törətməyən sürücülərin qazandığı bonus-malus güzəştləri. Müstəqil Ekspertiza: Sığorta şirkətinin təklif etdiyi məbləğlə razılaşmayanda bazar dəyərini necə sübut etməli?
Qəza zamanı vəkillərlə və sığorta şirkətləri ilə problem yaşamamaq üçün hər bir sürücünün bilməli olduğu hüquqi sirlər bu videodadır!Tue, 30 Jun 2026 - 2552 - Yaşlı Sürücülər Niyə Qəza Edir? - Gənclər Yoxsa Təcrübəlilər Daha Peşəkardır? I Qaydaları pozma
"Qaydaları pozma" verilişinin bu dəfəki buraxılışında aparıcı Ceyhun Həsənli və Qəza Əleyhinə Kursların məşqçisi Aqil Rəhimov sükan arxasındakı ən aktual mövzulardan birini müzakirə edirlər: Hansı yaşda sürücü avtomobili daha yaxşı idarə edir?
Sürücülüyü öyrənmək üçün ən ideal yaş həddi hansıdır?
16 yaşda maşın sürmək niyə təhlükəlidir və qanunvericilik nə deyir?
Təcrübəli sürücülər niyə və hansı dövrlərdə ağır qəzalara düşürlər?
Sükan arxasında oturuş şəkli sürücünün təcrübəsini necə büruzə verir?
"Başı daşdan-daşa dəymiş" təcrübə yoxsa düzgün təlim keçmiş sürücü?Tue, 30 Jun 2026 - 2551 - 2026-cı İl Moped və Skuter Qəzaları | Bakı Küçələrində Kuryer Təhlükəsi! I Qaydaları pozma
Bakı küçələrində həm yay mövsümünün gəlişi, həm də kuryer xidmətlərinin genişlənməsi ilə motosiklet, moped, skuter və velosipedlərin sayısı sürətlə artır. Bəs bu artım yollarda təhlükəsizliyə necə təsir edir? İki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən ağır qəzaların əsl səbəbləri nələrdir?
"Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə birlikdə paytaxt yollarındakı acı reallıqları və qəza sirlərini ifşa edirik!
Şok Statistika: 2026-cı ilin ilk 5 ayında qeydə alınan 6 ağır qəzada niyə 5 nəfər dünyasını dəyişib? Kuryerlərin Səhvləri Skuter və Səki Problemi Tik-Tok və Adrenalin Dəliliyi: Gənclərin sosial şəbəkələrdə fəxr edərək paylaşdıqları yüksək sürətli təhlükəli manevrlərin acı sonluğu.Mon, 29 Jun 2026 - 2550 - Azərbaycanda ikinci əl avtomobillərə inam niyə artır? I Qaydaları pozma
Bu gün Azərbaycan avtomobil bazarında ən çox verilən suala cavab tapırıq: Çin avtomobilləri ikinci əl bazarında itkidir, yoxsa yox? 🚗
Son illərdə Bakı küçələrində elektrik və hibrid Çin maşınlarının sayı sürətlə artır. Bəs bu avtomobillər salondan çıxdıqdan sonra nə qədər dəyər itirir? 10-12 illik köhnə Avropa maşınındansa, az yürüşlü ikinci əl Çin maşını almaq nə dərəcədə məntiqlidir?
"Qaydaları Pozma" verilişinin bu buraxılışında BYD Motors Bakının satış və marketinq rəhbəri Toğrul Məlikli ilə birlikdə Çin avtomobillərinin qiymət dinamikasını, rəsmi servis tarixçəsinin önəmini və BYD-nin qlobal bazarda az dəyər itirməsinin səbəbi olan "Blade" batareya texnologiyasını müzakirə edirik.
Podcastda tapacağınız cavablar: Avtomobillər ilk il ərzində neçə faiz dəyər itirir? (20-30% qaydası) İkinci əl Çin maşını alarkən aldadılmamaq üçün nə etməli? (Qüsur aktı və servis tarixçəsi)
BYD-nin ehtiyat hissələri və 40 dəqiqəyə zavod rəngli "body kit" dəyişdirilməsi imkanı.
İkinci əl bazarda tanınmayan Çin brendlərinin yaratdığı risklər.Mon, 29 Jun 2026 - 2549 - Yollarda sürücüləri narahat edən məqamlar - Tıxac və qayda pozuntuları I Qaydaları pozma
Qəza Əleyhinə Kurslarının məşqçisi Aqil Rəhimov ilə birlikdə yollarda sürücüləri narahat edən amilləri – uzun tıxacları, zolaqların dəyişdirilməsindəki xətalarını, ara məsafəsinin saxlanılmamasını və işıqforlarda yaranan gecikmələri təhlil etdik.
Sürücülərin üç əsas kateqoriyası: Kimlər hansı vəziyyətdə səbirsiz olur?
"Mənəvi vampirlər" yollarda digər sürücüləri necə təxribata çəkir?
İşıqforun yaşıl işığı yanan kimi siqnal verənlər və ya telefona baxıb ləngiyənlər yol hərəkətinə necə təsir edir?
Tıxacda keçən qiymətli vaxtı əsəbləşmədən, faydalı şəkildə necə dəyərləndirmək olar?
Təcrübəli və təcrübəsiz sürücülərin yol hərəkəti zamanı davranış fərqləri.Wed, 24 Jun 2026 - 2548 - Piyada Təhlükəsizliyi və Moped Qəzalarının Dəhşətli Statistikası | Qaydaları Pozma
Aparıcı Ceyhun Həsənlinin təqdimatında, studiyamızın qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə birlikdə son günlər cəmiyyətdə böyük rezonans doğuran moped qəzası (17 yaşlı Zəhranın faciəvi ölümü), piyada təhlükəsizliyi həftəsi və yollarda baş verən qəzaların əsas səbəblərini təhlil etdik.
Piyadaların iştirakı ilə baş verən qəzaların dəhşətli statistikası (Ölüm faizi niyə bu qədər yüksəkdir?) Moped və motosiklet idarə edən yeniyetmələrin törətdiyi qəzalarda valideynlərin məsuliyyəti nədir? Məcburi dayanma zamanı sürücülərin etdiyi ölümcül səhvlər və sol zolaqda dayanma qaydaları. Avtomobil yolu kimindir – sürücünün, yoxsa piyadanın?
Qaranlıq vaxtı yolu keçərkən sürücülərə görünmək üçün hansı layfhaklardan istifadə etməliyik?Tue, 23 Jun 2026 - 2547 - Sürücülərin Ən Çox Etdiyi Səhv I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə ara məsafəsinin əhəmiyyəti, sürət və hava şəraitinə uyğun təhlükəsiz məsafənin saxlanılması, tıxac zamanı yaxın məsafədən hərəkətin riskləri və qəza ehtimalını azaltmaq üçün sürücülərin əməl etməli olduğu qaydalar barədə danışdıq.
Thu, 18 Jun 2026 - 2546 - Çin, yoxsa ənənəvi avtomobillər? I Qaydaları pozma
Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinə marağın artmasının səbəbləri, onların ənənəvi markalardan fərqləri, keyfiyyət və təhlükəsizlik göstəriciləri, ikinci əl bazarındakı perspektivləri, ehtiyat hissələri və servis məsələləri, həmçinin sürücüləri maraqlandıran suallar barədə danışdıq.
Wed, 17 Jun 2026 - 2545 - Məktəblilərin Avtomobil İdarə Etməsi Hansı Riskləri Yaradır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə son zəng tədbirləri ilə bağlı əsas təhlükəsizlik riskləri, yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsinin yaratdığı hüquqi məsuliyyət, valideynlərin öhdəlikləri, DYP-nin gücləndirilmiş rejimdə fəaliyyətinin məqsədi, təhlükəsiz və qaydalara uyğun son zəngin təşkili barədə danışdıq.
Tue, 16 Jun 2026 - 2544 - Qəfil Yola Çıxan Piyadalar: Sürücülər Necə Davranmalıdırlar? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəfil yola çıxan piyadalarla qarşılaşdıqda necə davranmalı olduqları, risklərin azaldılması üsulları, yol infrastrukturunun hərəkət təhlükəsizliyinə təsiri və cərimələrin effektivliyi barədə danışdıq.
Thu, 11 Jun 2026 - 2543 - Elektrikli və Hibrid Avtomobillər Azərbaycanda Uğurlu Oldumu? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Azərbaycanda elektrik və hibrid avtomobil idxalındakı son tendensiyalar, bu artımdakı Çin markalarının rolu, artımın əsas səbəbləri və yerli bazarın bu növ nəqliyyat vasitələrinə uyğunluğu ilə yanaşı, onların ölkəmizdə nə dərəcədə uğurlu olduğu barədə danışdıq.
Wed, 10 Jun 2026 - 2542 - “Mənim başıma gəlməz” düşüncəsi və yaratdığı qəzalar I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülərin risk qavrayışı, “mənim başıma gəlməz” düşüncəsi, sosial şəbəkələrdəki qəza videolarının maarifləndirici rolu, sürücülük mədəniyyəti və qəzalardan dərs çıxarmağın əhəmiyyəti barədə danışdıq.
Tue, 09 Jun 2026 - 2541 - Avtomobili Kimə Etibar Etmək Olmaz? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə avtomobilin başqasına etibar edilməsinin riskləri, bunun yarada biləcəyi hüquqi məsuliyyət, qayda pozuntuları zamanı məsuliyyət məsələləri, sürücülük hüququ olmayan şəxslərə sükan verilməsinin nəticələri və yol hərəkəti təhlükəsizliyi ilə bağlı vacib məqamları müzakirə etdik.
Mon, 08 Jun 2026 - 2540 - Ara Məsafəsi, Riskli Ötmələr və Qəza Təhlükəsi I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin ara məsafəsini düzgün saxlamamasının səbəbləri, ən çox rast gəlinən təhlükəli manevrlər, ani zolaq dəyişmə, yaxın məsafədən sürmənin qəzalardakı rolu və riskli ötmələrin səbəbləri haqqında danışdıq.
Fri, 05 Jun 2026 - 2539 - Çin Avtomobili Alarkən Nələrə Diqqət Etməliyik? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə çin avtomobillərinin üstünlükləri, təhlükəsizliyi, elektron sistemləri və yerli iqlimə uyğunluğu ilə yanaşı, marka seçimi, ehtiyat hissələrinin tapılması, ikinci əl bazarı və alıcıların ən çox etdiyi səhvlərdən danışıdıq.
Wed, 03 Jun 2026 - 2538 - Yollarda Sürücüləri Ən Çox Yoran Səbəblər Nələrdir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücüləri yollarda yoran əsas səbəblər, stresin idarəetməyə təsiri, diqqət dağınıqlığı, yorğun sürücülüyün riskləri və təcrübəli–təcrübəsiz sürücülər arasındakı fərqlərdən danışdıq.
Wed, 03 Jun 2026 - 2537 - Xanım Sürücülərə Qarşı Təzyiq: Stereotip, Yoxsa Reallıq? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə xanım sürücülərə qarşı aqressiv münasibətin səbəbləri, bunun yol təhlükəsizliyinə təsiri, sürücülük stereotipləri, yol mədəniyyəti və son illərdə bu sahədəki dəyişiklikləri müzakirə etdik.
Mon, 01 Jun 2026 - 2536 - Sükan Arxasında Aqressiya: İnsanlar Niyə Dəyişir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində klinik psixoloq, psixoterapevt İlkin Kazımlı ilə sükan arxasında aqressiyanın psixoloji səbəbləri, tıxac və stresin sürücü davranışına təsiri, emosiyaların idarə olunmaması, aqressiv sürücülərlə davranış qaydaları və kobud davranışın qəza riskini necə artırdığı ətrafında müzakirə etdik.
Tue, 26 May 2026 - 2535 - Vaxtı Planlaya Bilməmək Qəzaya Necə Aparır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev ilə sürücüləri tələsməyə vadar edən səbəblər, tələskənliyin və sürət həddini aşmağın yaratdığı ağır qəza riskləri, sürücülərin bu zaman etdiyi tipik səhvlər və yol hərəkəti təhlükəsizliyinin artırılması yolları ətrafında danışdıq.
Tue, 26 May 2026 - 2534 - Sürücülər Piyadalara Niyə Yol Vermir I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə Bakıda piyada təhlükəsizliyi və yol vermə mədəniyyətinin mövcud vəziyyəti, piyada keçidlərindən istifadədə yaranan problemlər, cərimələrin və polis nəzarətinin vəziyyətə təsiri haqqında danışdıq.
Thu, 21 May 2026 - 2533 - Bakı Tıxacdan Necə Xilas Ola bilər? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Eldəniz Cəfərov ilə Bakı nəqliyyatının gələcəyi, yeni metro stansiyalarının tikintisi və tıxac probleminin həlli yolları, şəhər üçün əsas infrastruktur prioritetləri, paytaxtdakı tıxacların aradan qaldırılması istiqamətində görülən tədbirlər, eləcə də parkinq və şəhərsalma planlaması ilə bağlı məsələlər ətrafında söhbət etdik.
Wed, 20 May 2026 - 2532 - Maşın Sürməyi Kimdən Öyrənmək Lazımdır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə avtomobil sürməyi öyrənməyin ilk addımları, yaxın adam və peşəkar təlimçi fərqləri, yeni sürücülərin səhvləri, panika və həyəcanın təsiri haqqında danışdıq.
Tue, 19 May 2026 - 2531 - Sürücülərin avtosığorta ilə bağlı ən çox verdiyi suallar I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə avtosığorta ilə bağlı sürücüləri narahat edən əsas məsələlər, qəza zamanı görüləcək addımlar, sığorta ödənişləri, KASKO və icbari sığorta fərqləri, qiymətlərə təsir edən amillər və sürücülərin ən çox etdiyi səhvlər haqqında danışdıq.
Fri, 15 May 2026 - 2530 - Piyada qəzalarının qarşısını necə almalı? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə piyadaların ən çox etdiyi təhlükəli səhvlər, yolu istənilən yerdən keçməyin riskləri, işıqfor qaydalarına əməl etməməyin nəticələri və piyada təhlükəsizliyinin artırılması yolları haqqında danışdıq.
Thu, 14 May 2026 - 2529 - Yeni Sürücülərin Ən Böyük Səhvləri I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yeni sürücülərin etdiyi əsas səhvlər, təcrübəsizliyin qəzalara təsiri, zolaq dəyişmə və ani əyləc kimi təhlükəli hallar, təcrübəli sürücülərin münasibəti, sürücülük kurslarının effektivliyi, yollarda qarşılıqlı hörmət və yeni sürücülərə tövsiyələr barədə danışdıq.
Wed, 13 May 2026 - 2528 - Sığorta müddəti bitənlərə möhlət verilirmi? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə avtomobil sığortasının müddəti bitdikdən sonra sürücülərə möhlət verilməsi, sığortanın unudulması və buna görə tətbiq olunan cərimələr, SMS və bildiriş sisteminin effektivliyi, həmçinin sığortasız idarəetmənin yaratdığı risklər haqqında danışdıq.
Fri, 08 May 2026 - 2527 - Tələskənlik Ucbatından Baş Verən Yol Qəzaları I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücüləri tələsməyə vadar edən səbəblər, tələskənliyin yaratdığı qəzalar və təhlükələr, sürət həddinin ağır nəticələri, sürücülərə tövsiyələr və vaxtında planlamanın əhəmiyyəti barədə danışdıq.
Thu, 07 May 2026 - 2526 - Yeni Sürücülərin Ən Çox Etdiyi Səhvlər I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yeni sürücülərin Bakı yollarında qarşılaşdığı çətinliklər, bu problemlərin səbəbləri, ən çox edilən səhvlər, sürücülük təliminin rolu, təhlükəsizlik tövsiyələri və nəzəri biliklə praktiki təcrübə arasındakı fərqləri müzakirə etdik.
Tue, 05 May 2026 - 2525 - Toy karvanları, avtoxuliqanlıq və piyadalar I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə piyadaların təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin səbəbləri, toy karvanlarında qayda pozuntuları, avtoxuliqanlıq halları və ümumi yol hərəkəti mədəniyyəti ilə bağlı məsələləri müzakirə etdik.
Mon, 04 May 2026 - 2524 - Piyadalar Niyə Keçiddən İstifadə Etmirlər? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə piyada keçidlərindən istifadə problemləri, insanların riskli davranış səbəbləri, sürücü və piyada məsuliyyəti, maarifləndirmə və nəzarət tədbirləri haqqında danışdıq.
Thu, 30 Apr 2026 - 2523 - Yollarda sürücünü nə sevindirir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülərin bir-birinə hörmətinin yaratdığı müsbət hisslərdən, yol mədəniyyətinin ümumi atmosferə təsirindən, kiçik jestlərin və qarşılıqlı köməyin əhəmiyyətindən, həmçinin infrastruktur və musiqinin sürücü psixologiyasına təsirindən danışdıq.
Tue, 28 Apr 2026 - 2522 - Yolda Qalan Sürücülər və Polis Dəstəyi I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə sürücülərin ən çox rastlaşdığı çətin vəziyyətlər, polisin qəza və nasazlıq hallarında göstərdiyi yardım, həyat xilas edən müdaxilə nümunələri, polisə dair yaranmış stereotiplərin səbəbləri haqqında danışdıq.
Mon, 27 Apr 2026 - 2521 - Bonus-Malus Sistemi Yeniləndi: Sürücüləri Nə Gözləyir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə bonus-malus sisteminə edilən dəyişikliklər, yeni sığorta tarixçəsi yanaşmasının sürücülərin məsuliyyətinə təsiri, qiymət artımı ehtimalı, çoxsürücülü avtomobillərdə risk bölgüsü və taksi sürücülərinə təsiri barəsində danışdıq.
Fri, 24 Apr 2026 - 2520 - Sükan arxasında ən böyük məsuliyyətsizlik nədir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürət, telefon istifadəsi və diqqətsizliyin qəzalara təsiri, sürücülərin bu riskləri kiçik görməsi və bir neçə saniyəlik diqqət yayınmasının real nəticələri haqqında danışdıq.
Fri, 24 Apr 2026 - 2519 - Azərbaycan yolları və düzgün təkər seçimi I Bir Avto
“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə təkərlərin yeyilmə naxışlarına görə avtomobildəki texniki nasazlıqların diaqnostikası, düzgün təzyiq və balansın həm büdcəyə, həm də asqı sisteminə təsiri, habelə yol şəraitinə uyğun düzgün şin seçiminin əhəmiyyətindən danışdıq.
Thu, 23 Apr 2026 - 2518 - Elektrikli avtomobillər vaxt itkisidir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə elektrikli avtomobillərin vaxt qənaəti, Azərbaycanda şarj infrastrukturu, texniki xidmət üstünlükləri, batareya ömrü və dəyişdirilməsi, hava şəraitinin təsiri və uzun səfərlərə uyğunluğu barədə danışdıq.
Wed, 22 Apr 2026 - 2517 - At Gücünə Görə Sığorta Necə Hesablanır? I Bir Avto
“Bir Avto” verilişində "İnsure.az"ın direktoru, sığorta eksperti Aygün Əsgərova ilə icbari və kasko sığortanın tətbiqi, əmlakın sığortalanması qaydaları, mühərrik göstəricilərinə əsasən tariflərin müəyyənləşdirilməsi və sığorta hadisələri zamanı hüquqi tənzimləmə prosedurlarını müzakirə etdik.
Wed, 22 Apr 2026 - 2516 - Şəhəriçi təhlükəsiz idarəetmənin 8 sirri! I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə şəhərdaxili sürücülərin etdiyi təhlükəli səhvlər, təhlükəsiz idarəetmə qaydaları, sürət və diqqət amilləri, telefon istifadəsinin riski, piyadalarla bağlı problemlər, güzgülərdən düzgün istifadə və yeni sürücülərə məsləhətlər barədə danışdıq.
Tue, 21 Apr 2026 - 2515 - Qanunsuz işıqlar: Cərimə və qəza riskləri! I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə avtomobillərdə standartdan kənar işıq sistemlərinin növləri, bu sistemlərə görə tətbiq olunan konkret cərimələr, qəza zamanı yaranan hüquqi məsuliyyət və texniki baxış zamanı tətbiq edilən nəzarət mexanizmləri barədə müzakirə apardıq.
Mon, 20 Apr 2026 - 2514 - Sığorta sürücünü arxayınlaşdırır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın sürücüdə yaratdığı arxayınlıq hissindən, sığortalılar arasında qəza risklərindən və “onsuz da sığorta ödəyəcək” düşüncəsinin yaratdığı yol təhlükələrindən danışdıq.
Fri, 17 Apr 2026 - 2513 - Təkər haqqında 5 böyük yalan I Bir Avto
“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə təkərlərin istismar müddəti, təzyiqin manometr ilə düzgün ölçülməsi, boltların dinamometrik açarla sıxılma zərurəti və asqı sistemini qoruyan dövri balansın əhəmiyyəti barədə danışıdıq.
Thu, 16 Apr 2026 - 2512 - Yol Qəzalarının Əsas Səbəbləri: Kim Harada Səhv Edir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin və piyadaların ən çox buraxdığı səhvlər, təhlükəli davranışlar, telefon istifadəsinin riskləri, sürət həddinin aşılması və qaydalara əməl etməmənin nəticələri haqqında danışdıq.
Thu, 16 Apr 2026 - 2511 - Çin maşını almağa dəyər? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinin populyarlığı, keyfiyyəti, resursu, servis imkanları, texnoloji üstünlükləri və gələcəkdə ikinci əl bazarındakı vəziyyəti barədə danışdıq.
Wed, 15 Apr 2026 - 2510 - İkinci Əl Çin Maşını Almağa Dəyərmi? I Bir Avto
“Bir Avto” verilişində avtomobillərin alışı və satışı ilə məşğul olan Davud Kazımov ilə Azərbaycanın hazırkı avtomobil bazarının vəziyyəti, ikinci əl Çin avtomobillərinin gələcəyi, eləcə də Çin və ənənəvi avtomobillər arasındakı fərqlər və üstünlüklər haqqında danışdıq.
Tue, 14 Apr 2026 - 2509 - İkinci əl avtomobil alarkən mütləq yoxlanmalı 3 əsas məqam I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə avtomobil alarkən insanların ən çox etdiyi səhvlərdən, ikinci əl maşın alarkən yoxlanmalı əsas məqamlardan və avtomobil alındıqdan sonra gecikdirilən baxışların yaratdığı problemlərdən danışdıq.
Tue, 14 Apr 2026 - 2508 - Yollarda təhlükə artır! Moped və motosiklet qəzalarının acı statistikası I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə moped və motosiklet qəzalarının artma səbəbləri, ən çox yol verilən qayda pozuntuları, sürücülərin yaş və təcrübə amili, bu nəqliyyat vasitələrinin sürücüləri arasında nizam-intizam fərqləri, gücləndirilmiş nəzarət tədbirləri və qoruyucu vasitələrdən istifadə səviyyəsi müzakirə olundu.
Mon, 13 Apr 2026 - 2507 - Taksidə 1.5 Sığorta Əmsalı: Sürücülərin Xərcləri Nə Qədər Artır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə taksi fəaliyyəti üçün tətbiq edilən 1.5 sığorta əmsalının səbəblərindən, bu artımın həm sürücü büdcəsinə, həm də gediş haqlarına təsirlərindən, eləcə də fərdi və kommersiya təyinatlı avtomobillər arasındakı fərqlərdən danışdıq.
Fri, 10 Apr 2026 - 2506 - Yay təkərinə keçmək üçün optimal vaxt və qaydalar I Bir Avto
“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə qış təkərlərinin istifadə müddəti, protektorun qalınlığı, təkərlərin düzgün saxlanma şəraiti və yola uyğun təkər seçilməsi barədə danışdıq.
Thu, 09 Apr 2026
Podcasts semelhantes a Avto FM 107.7
El Partidazo de COPE COPE
Herrera en COPE COPE
Dante Gebel Live Dante Gebel
Es la Mañana de Federico esRadio
La noche de Cuesta esRadio
La Trinchera de Llamas esRadio
Hondelatte Raconte Europe 1
Affaires sensibles France Inter
LEGEND Guillaume Pley
El colegio invisible OndaCero
La Rosa de los Vientos OndaCero
Les grands dossiers de l'Histoire par Franck Ferrand Radio Classique
Espacio en blanco Radio Nacional
Enquêtes criminelles RTL
Entrez dans l'Histoire RTL
Le grand récit RTL
Les Grosses Têtes RTL
L'Heure Du Crime RTL
Parlons-nous RTL
El Larguero SER Podcast
Nadie Sabe Nada SER Podcast
SER Historia SER Podcast
Todo Concostrina SER Podcast
Un Libro Una Hora SER Podcast